ABŞ Müdafiə naziri (ing. Secretary of Defense of the United States of America; azərb. Amerika Birləşmiş Ştatları Müdafiə Katibi) — ABŞ Müdafiə Nazirliyinin rəhbəridir[1][2][3] . Müdafiə naziri ölkənin müdafiə siyasətinə cavabdehdir və ABŞ Silahlı Qüvvələrində ABŞ Prezidentindən sonra ikinci vəzifəli şəxsdir[4] və Nazirlər Kabinetində ən vacib dörd nazirlikdən biridir.[5]
ABŞ Müdafiə naziri | |
---|---|
United States Secretary of Defense | |
![]() Müdafiə Nazirliyinin emblemi | |
![]() 25 yanvar 2025 tarixindən etibarən vəzifəsinin icrasına başlamış bugünkü Müdafiə naziri Pete Hegseth. Vəzifədədir ABŞ Prezidenti tərəfindən | |
Başçılıq edir | Amerika Birləşmiş Ştatları |
Rəsmi iqamətgahı | Pentaqon, Arlinqton, Virciniya, ABŞ |
Vəzifənin təsis tarixi | 19 sentyabr 1947 |
Vəzifədə birinci | James Forrestal |
Rəsmi saytı | defense.gov/Our-Story/Me… |
![]() |
Müdafiə naziri Birləşmiş Ştatlar prezidenti tərəfindən təyin edilir və Birləşmiş Ştatlar Senatı tərəfindən təsdiqləndikdən sonra vəzifə səlahiyyətlərinin icrasına başlayır[6]. Hal-hazırkı Müdafiə naziri vəzifəsinin icrasına 25 yanvar 2025 tarixindən etibarən başlamış Pete Hegsethdir.
Vikianbarda ABŞ Müdafiə naziri ilə əlaqəli mediafayllar var. |