. Love.az

Abs Maliyye Nazirliyi - Wikipedia - Love.az

Ana Səhifə - Abs Maliyye Nazirliyi

ABŞ Maliyyə Nazirliyi və ya ABŞ Xəzinədarlıq Departamenti (ing. United States Department of the Treasury) — Nazirlik ABŞ federal hökumətinin xəzinədarlıq və ölkənin maliyyə siyasətinə cavabdeh olan departamenti olub, federal hökumətin gəlir sistemini, vergitutma siyasətini, büdcə və borc idarəsini həyata keçirir. Departmentə Nazirlər Kabinetinin bir üzvü olan maliyyə naziri rəhbərlik edir.

ABŞ Maliyyə Nazirliyi
United States Department of the Treasury
Möhürün şəkli
Ümumi məlumatlar
Ölkə
  •  ABŞ[1][2][…]
Yurisdiksiya Amerika Birləşmiş Ştatları[1]
Yaradılma tarixi 2 sentyabr 1789
Ştat sayı
  • 112.461 nəf. (2012)[3]
İllik büdcəsi 19.560.000.000 $
Rəsmi saytı home.treasury.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Əsas funksiyaları
  • 3 Struktur
    • 3.1 Əsas təşkilatları
    • 3.2 Baş qərargah
    • 3.3 Rəhbərlik
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

ABŞ Maliyyə Nazirliyi 2 sentyabr 1789-cu ildə qəbul edilmiş olan Konqres Aktı (ing. Act of Congress) ilə dövlətin gəlirlərini idarə etmək məqsədilə yaradılmışdır. Ondan əvvəl (1781–1784) Kontinental Konqresin maliyyə məsələlərinə Robert Morris nəzarət edirdi (“maliyyə superintendantı”), sonra isə (1784–1789) bu iş üç komissardan ibarət şura tərəfindən həyata keçirilirmişdir.[4] Nazirliyin yaradılması ölkənin ilk illərində sabit maliyyə sisteminə ehtiyac duyulması ilə əlaqədar olmuşdur. Nazirliyin ilk rəhbəri məşhur dövlət xadimi və maliyyəçi Aleksandr Hamilton olmuşdur.

Əsas funksiyaları

redaktə

ABŞ Maliyyə Nazirliyi aşağıdakı əsas funksiyaları yerinə yetirir:[5]

  1. Federal hökumətin gəlir və xərclərini idarə etmək;
  2. İqtisadi və maliyyə siyasətini formalaşdırmaq və həyata keçirmək;
  3. ABŞ dollarını çap və emissiya etmək (bununla ABŞ Çap Bürosu və Pul Zərbxanası məşğuldur);
  4. Vergi yığımı və vergidən yayınma ilə mübarizə (Daxili Gəlirlər Xidməti – IRS vasitəsilə);
  5. Beynəlxalq maliyyə siyasətinin idarə edilməsi və maliyyə institutları ilə əməkdaşlıq;
  6. İqtisadi sanksiyaların tətbiqi (Xarici Aktivlərə Nəzarət Ofisi – OFAC vasitəsilə);
  7. Pul yuyulmasına və maliyyə cinayətlərinə qarşı mübarizə.
  8. ABŞ-ın iqtisadi və pul-kredit siyasətini işləyib hazırlamaq və icra etmək;
  9. İxrac-idxal tənzimləməsini həyata keçirmək;
  10. Bank və maliyyə təşkilatlarının fəaliyyəti üzərinə nəzarət;
  11. Nağd pul kütləsinin (banknot) buraxılması və metal pulun dövriyyəyə çıxarılması;
  12. Dövlət borcunun idarə edilməsi;
  13. Dövlət xərclərinin maliyyələşdirilməsi (vergilər və ABŞ dolları istiqrazlarının buraxılması vasitəsilə);
  14. Federal maliyyə və vergi qanunvericiliyinin təmin edilməsi;
  15. Dövlət maliyyə hesabatlarının hazırlanması və nəşri;
  16. İnzibati–büdcə məsləhət xidmətləri göstərmək (Prezident Administrasiyasına və Konqresə).

Struktur

redaktə
 
ABŞ Maliyyə Nazirliyinin Təşkilati Strukturu

Nazirliyin rəhbəri Maliyyə naziri (ing. Secretary of the Treasury) adlanır və bu şəxs prezident tərəfindən təyin olunur. Nazirliyə həmçinin bir neçə köməkçi nazir və müxtəlif departamentlər daxildir.

Əsas təşkilatları

redaktə

Əsas təşkilatları aşağıdakılardır:

  • Daxili Gəlirlər Xidməti (IRS)
  • Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC)
  • Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN)
  • ABŞ Çap Bürosu
  • ABŞ Pul Zərbxanası

Baş qərargah

redaktə

Kolumbiya dairəsinin Vaşinqton şəhərində (Washington, D.C.) yerləşir. Nazirliyin binası ABŞ-nin tarixi və memarlıq baxımından əhəmiyyətli hökumət binalarından biri hesab olunur.

Rəhbərlik

redaktə

Hal-hazırkı maliyyə naziri – Skott Bessent (Scott Bessent), 28 yanvar 2025-ci ildən fəaliyyətə başlamışdır. Bu vəzifəyə təyinat Prezident tərəfindən irəli sürülür və Senat tərəfindən təsdiqlənir. Bu vəzifəni tutmuş birinci nazir isə 11 sentyabr 1789-cu ildə bu vəzifəyə təyin olunmuş Aleksandr Hamilton olmuşdur. O, bu vəzifəyə Robert Morrisin tövsiyyəsi ilə təyin edilərək ABŞ-ın ilkin maliyyə sisteminin əsasını qoymuşdur. 2021-ci ildə ABŞ Maliyyə naziri vəzifəsinə təyin edilmiş Cennet Yellen (ing. Janet Yellen) ABŞ tarixində bu vəzifəyə təyin olunan ilk qadın hesab olunur.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 U.S. Department of the Treasury // Ballotpedia. 2007.
  2. ↑ 1 2 Crunchbase (ing.). 2007.
  3. ↑ Federal Employment Reports, Employment and Trends - December 2012. United States Office of Personnel Management.
  4. ↑ U.S. Treasury — Office of the Curator Arxivləşdirilib 2009-09-26 at the Wayback Machine (ing.)
  5. ↑ US Treasury website Organization Arxiv surəti 11 oktyabr 2011 tarixindən Wayback Machine saytında

Xarici keçidlər

redaktə
  Vikianbarda ABŞ Maliyyə Nazirliyi ilə əlaqəli mediafayllar var.
  • home.treasury.gov — rəsmi saytı
  • Department of the Treasury on USAspending.gov
  • Department of the Treasury in the Federal Register
  • Map of Major Foreign Holders Of Treasury Securities 2009
  • Annual Reports of the Secretary of the Treasury on the State of Finances – These annual reports also contain the reports of the many departments of the Treasury, including the Bureau of the Mint, Bureau of Engraving and Printing, Bureau of Customs, Office of the Comptroller of the Currency, Secret Service, and the Internal Revenue Service.
  • United States Department of the Treasury at the Wayback Machine (archived dekabr 26, 1996)
  • Act to establish the Treasury Department. 1st Congress, 1st Session, Ch. 12, 1 Stat. 65
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=ABŞ_Maliyyə_Nazirliyi&oldid=8173391"
LOVE.AZ