ABŞ Strateji Neft Ehtiyatı - (ingilis. Strategic Petroleum Reserve, SPR) ABŞ-də Meksika körfəzi boyunca Texas və Luiziana ştatlarının ərazisindəki dörd təbii yeraltı anbarda (duz qübbələri) saxlanılan neft ehtiyatı. Meksika körfəzinə yaxınlıq həm neft nəqlini asanlaşdırır (idxal və dənizdə), həm də inkişaf etdirilmiş neft boru kəmərləri sistemi və tankerlərdən istifadə imkanları səbəbindən bir çox neft emalı zavodlarına göndərilmənin məsrəfini xeyli azaldır[1].
1975-ci ildə ABŞ Konqresinin qərarı ilə, 1973-cü il neft böhranından sonra yaradılıb. Neft ehtiyatı ilk dəfə 1991-ci ildə, Fars körfəzi müharibəsi dövründə istismar edilmişdir.
ABŞ neft ehtiyatları dünyada bu qəbildən ən böyüyüdür.
2015-ci ildə ABŞ Senatında 2018-2025-ci illərdə 101 milyon barel neft satılması və nəqliyyat layihələrini maliyyələşdirmək üçün 9 milyard dollar əldə etməyə imkan verən bir qanun layihəsinə baxıldı[5]. 2015-ci ilin iyul ayında strateji ehtiyat 692 milyon barel, ticari neft ehtiyatları isə 465.8 milyon barel təşkil etmişdir[6].
2019-cu ildə ABŞ-nin Strateji Ehtiyatlarında strateji neft ehtiyatlarının təxminən üçdə biri bakteriya ilə yoluxmuşdur. Rezervuarlarda olan bakteriyalar kükürdü (neftin tərkibində var) hidrogen sulfidinə çevirir [7].
Əhəmiyyətli həcmli ehtiyatlar Meksika körfəzi yaxınlığında, böyük neft emalı mərkəzlərinin yaxınlığında 4 obyektdə saxlanılır. Hər bir obyekt duz qübbələrində yaradılan bir neçə süni yeraltı boşluqda yaradılıb. Onlar qazılmış və yaxud oradakı duz su ilə həll edilmişdir. Bəzi boşluqlar təxminən 1 kilometr dərinlikdə yerləşir, orta ölçüləri 60 metr enində və 600 metr uzununadı; hər birinin həcmi 6 ilə 37 milyon barel arasındadır (1 ilə 6 milyon kubmetr arasında). Anbarlarının yaradılması və təchiz olunmasına təxminən 4 milyard dollar xərclənmişdir.
ABŞ-nin Energetika Nazirliyi bu cür boşluqların istifadəsinin ənənəvi torpaq əsaslı anbar yerlərinin yaradılması ilə müqayisədə təxminən 10 qat daha ucuz olduğunu söyləyir [1].