Amerika Birləşmiş Ştatları Xüsusi Əməliyyatlar Komandanlığı (ing. United States Special Operations Command, qısaca USSOCOM və ya SOCOM) — ABŞ Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir[2]. Onun vəzifəsi ABŞ dövlətinin mənfəəti və mənafeyi üçün xüsusi əməliyyat qüvvələri hazırlamaq, terror şəbəkələrinə qarşı əməliyyatların planlaşdırılması və sinxronlaşdırılmasıdır[3][4]. 16 aprel 1987-ci ildə yaradılan komandanlığın qərargahı Florida ştatındakı MacDill Hava Qüvvələri bazasında yerləşir[5][6].
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı | |
---|---|
United States Special Operations Command | |
![]() | |
Növü | Xüsusi təyinatlılar |
Yaranma tarixi | 16 aprel 1987 - hal-hazırda aktiv şəkildə fəaliyyət göstərir |
Ölkə |
![]() |
Tabedir | ABŞ Müdafiə Nazirliyi |
Daxildir | Vahid Döyüş Komandanlığı |
Vəzifəsi | ABŞ dövlətinin mənfəəti və mənafeyi üçün xüsusi əməliyyat qüvvələri hazırlamaq, terror şəbəkələrinə qarşı əməliyyatların planlaşdırılması və sinxronlaşdırılması |
Sayı | ~63.000[1] |
Qərargah | MacDill Hava Qüvvələri bazası, Florida |
Ləqəbi | “USSOCOM”, “SOCOM” |
socom.mil | |
![]() |
Vikianbarda ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı ilə əlaqəli mediafayllar var. |