ADA Məktəbi — ADA Universitetinin nəzdində fəaliyyət göstərən məktəb.
ADA Məktəbi | |
---|---|
Əsası qoyulub | 2019 |
Tip | təhsil müəssisəsi |
Şagird sayı | 0 |
Şəhər |
Bakı![]() |
Ölkə |
![]() |
ADA Məktəbinin təqdimatı 22 fevral 2019-cu ildə ADA Universitetində olmuşdur.[1]
ADA Məktəbinin təhsil modeli xüsusi yeniliklərdən ibarətdir. Bu məktəbin məzunlarının ADA Universitetinə xüsusi şərtlərlə qəbul olunması nəzərdə tutulub.
Məktəbin tədris proqramı Azərbaycan Respublikasının tam orta təhsil standartlarına — milli standartlara və milli kurikuluma və ADA Universitetinin təcrübəsinə əsaslanaraq hazırlanır[1]. Tədris proqramında şagirdlərin akademik baxımdan ali məktəb illərinə daha hazırlıqlı olmalarına diqqət yetirilir; dövrün tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına əhəmiyyət verilir[1].
Məktəbin binası yüksək standartlara uyğun olan infrastruktura malikdir[1].
ADA Məktəbinə ilk qəbulun 2019–2020-ci tədris ilindən etibarən həyata keçirilməsi nəzərdə tutulub[1]. İlk tədris ilində X və XI siniflərə şagird qəbulu planlaşdırılır[1]. Qəbul həm yerli, həm də xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur.
2019–2020-ci akademik il üçün X sinfə qəbul olunan şagirdlər həm Azərbaycan, həm də ingilis dilində, XI sinfə qəbul olunan şagirdlər isə yalnız ingilis dilində təhsil alacaqlar[1].