. Love.az

Aljir Roman - Wikipedia - Love.az

Ana Səhifə - Aljir Roman

ALJİR — Ülviyyə Tahirin Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi barədə tarixi romanı.[1]

ALJİR
Romanın 2-ci nəşri
Romanın 2-ci nəşri
Müəllif Ülviyyə Tahir
Janr Tarixi roman
Mövzu Stalin repressiyası
Orijinalın dili Azərbaycanca
Ölkə Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2018
Nəşriyyat Parlaq İmzalar
Səhifə 274
Əvvəlki Ortaq şəhər (hekayələr kitabı)

Mündəricat

  • 1 Məzmun
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Məzmun

redaktə
  Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Tarixin bu səhifəsinə ən güclü insani duyğular həkk olunub; doğmalarından zorla qoparılmağın dözülməz ağrısı, övladının, sevdiyi insanın aqibətinin məchulluğu... Bir günün içində əzizlərinə “xalq düşməni” damğası vurulmuş, hər şeyini itirərək qula çevrilmiş, təcavüzə uğrayan ziyalı qadınlar, analar... Qışda qarı, yayda qumu göyə sovuran səhra küləkləri, ucsuz-bucaqsız Qazaxıstan çölləri – Akmola düşərgəsi. Qəddar rejim kölələri və şəfqətli yerlilər. Ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələr...

Bütün bu dəhşətlər 1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə toplanan 18.000-dən yuxarı qadının başına gətirilir. Bu qadınlardan 44 nəfəri azərbaycanlı idi; Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla digər ziyalı qadın.

Tariximizin ən qaranlıq səhifələrindən olan ALJİR hadisəsi və yaşanan o faciələr yazıçı və tarixçi Ülviyyə Tahirin qələmi ilə arxiv sənədlər əsasında işıqlandırılır. Bu tarixi romanı oxuduqca Sovet hakimiyyətinin millətimizin kökünə çaldığı baltanın izləri bütün çılpaqlığı ilə gözlər önündə canlanır.

  Xəbərdarlığın sonu.

Həmçinin bax

redaktə
  • Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi
  • Şükriyyə taleyim (roman)
  • Azərbaycanda Stalin repressiyaları

İstinadlar

redaktə
  1. ↑ "Yazıçı Ülviyyə Tahirin "Aljir" adlı yeni romanı çapdan çıxıb" ( (az.)). interaztv.com. 2019-05-09. 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.

Xarici keçidlər

redaktə
  • Mustafa Ruşhan. "Ülviyyə Tahir "Biz öz həqiqətimizi övladlarımıza deməyi bacarsaydıq, bir əsrdə üç dəfə soyqırıma məruz qalmazdıq."" ( (az.)). fabula.az. 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  • Ceylan Mumoğlu. "Ceylan Mumoğlu yazır – Tariximizin qaranlıq səhifəsi" ( (az.)). senet.az. 2018-11-27. 2019-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-25.
  • Bayram günlərində oxu: Mart ayı üçün 5 maraqlı kitab
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=ALJİR_(roman)&oldid=7408974"
LOVE.AZ