. Love.az

A Kana - Wikipedia - Love.az

Ana Səhifə - A Kana
Bu adın digər istifadə formaları üçün bax: A (dəqiqləşdirmə).

あ (hiraqana) və ya ア (katakana) – yapon dilində kanalardan biri. あ 安 kancisinin soşo stilindəki yazılışına, ア isə 阿 kancisinin radikalına əsaslanır. Müasir yapon dilində əlifba sırasında birinci yerdə gəlir. Bundan əlavə, "İroha"da 36-cı hərfdir. Romaci versiyası "a"dır.

a
hiraqana
katakana
transliterasiyaa
hiraqana mənşəyiyap. 安
katakana mənşəyiyap. 阿
tələffüzüyap. 朝日のア
(Asahi no "a")

Mündəricat

  • 1 Yaranması
  • 2 Yazılış
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Yaranması

redaktə

ア kanası 阿 kancisinin sol elementindən törəyib. あ hiraqanası isə 安 kancisinin sadələşdirilmiş versiyasıdır.

Yazılış

redaktə
 
あ üçün yazılış qaydası.
 
ア üçün yazılış qaydası.
 
Stroke order in writing あ

あ hiraqanası 3 xətlə yazılır:[1]

  1. Başda soldan sağa horizantal xətt.
  2. Yuxarıdan aşağı doğru gedən qövsvari xətt.
  3. Aşağıda の kanası xatırladan hissə.
 
Stroke order in writing ア

ア katanakası 2 xətdən ibarətdir.[2]

  1. Başda horizantal şəkildə uzanan və onun salında aşağı doğru gedən qısa çıxıntı.
  2. Sonuncu xəttin axırından başlayan və qövsvari şəkildə aşağı gedən xətt.

İstinadlar

redaktə
  1. ↑ Gilhooly (2003) p. 62
  2. ↑ Gilhooly (2003) p. 128

Ədəbiyyat

redaktə
  • Gilhooly, Helen. Beginner's Japanese Script. Teach Yourself. London: Hodder Headline. 2003 [1999]. ISBN 0-340-86024-3. OCLC 56469680.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=A_(kana)&oldid=5772564"
LOVE.AZ