. Love.az

Abadkend - Wikipedia - Love.az

Ana Səhifə - Abadkend
Bu adın digər istifadə formaları üçün bax: Abad.

Abadkənd (1954-cü ilədək "Cındırlı" və ya Candarlı) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 2956 nəfərdir (2008). Rayon mərkəzindən 22 km şimal-şərqdə, Cənub-Şərqi Şirvan düzündədir. Əhalisi heyvandarlıqla məşğuldur. Orta məktəb, ibtidai məktəb, mədəniyyət evi, kitabxana, ambulatoriya var.

Abadkənd
39°45′ şm. e. 49°01′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.956 nəf. (2008)
Xəritəni göstər/gizlə
Abadkənd xəritədə
Abadkənd
Abadkənd

Mündəricat

  • 1 Adı
  • 2 Mənbə
  • 3 Foto məlumatlar
  • 4 Xarici keçid
  • 5 İstinadlar

Adı

redaktə

2007-ci ildə nəşr edilmiş "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti" kitabının 6-cı səhifəsində verilən məlumata əsasən: Abadkənd — sadə oykonimdir. 1954-cü ilədək Cındırlı (əsli Candarlı) olmuşdur. Cənub-şərqi Şirvan düzündədir. Oykonim abad və kənd topokomponentlərindən düzəlib, "müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan, məskun edilmiş, səliqəli, inkişaf etmiş, becərilmiş, düzəldilmiş yer, yaşayış məntəqəsi" deməkdir. Abad topokomponenti çox vaxt şəxs adlarına qoşularaq rus dilindəki -qrad, -ovka, yunan dilindəki -pol, alman dilindəki — burq topoformantlarına uyğun gəlir və memorial toponimlərin yaranmasında iştirak edir. Bu topokomponento hind, Pakistan, fars, türk (həmçinin digər türkdilli xalqlar) toponimiyasında rast gəlmək mümkündür. Candarlı toponiminə gəlincə, bu toponimə Çandır/Çandar/Candar variantlarında Türkmənistan, Özbəkistan, Gürcüstan toponimiyasında təsadüf olunur. Azərbaycanının Qazax-Ağstafa bölgəsində Candar göl hidronimi və Çəndirli familiyası da qeydə alınmışdır. XIX əsrdə Azərbaycanın keçmiş Cavad qəzasında yaşayan Xələclərin bir tirəsinin adı Candır olmuşdur. İndiki Abadkənd kəndinin Xələc i.ə.v.-nin tərkibində olması bu toponimin etnotoponim olmasını söyləməyə əsas verir. Candar etnonimi Səlcuq oğuzları ilə əlaqələndirilir.

Mənbə

redaktə
  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə: I cild. Bakı şəhəri, "Şərq-Qərb" nəşriyyatı, 2007-ci il, 304 səhifə

Foto məlumatlar

redaktə

Abadkənd kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine

Xarici keçid

redaktə
  Vikianbarda Abadkənd ilə əlaqəli mediafayllar var.

İstinadlar

redaktə
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abadkənd&oldid=7278075"
LOVE.AZ