. Love.az

Abazalli - Wikipedia - Love.az

Ana Səhifə - Abazalli

Abazallı (əvvəlki adı: Abasali) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsində kənd.[1] 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Abasali kəndi Abazallı kəndi adlandırılmışdır.[2]

Abazallı
39°16′31″ şm. e. 48°21′44″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 107 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Abazallı xəritədə
Abazallı
Abazallı

Mündəricat

  • 1 Toponimikası
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Toponimikası

redaktə

Kəndin adı 2001-ci ildən Abazallı kimi rəsmiləşdirilmişdir. Yardımlı rayonunda yerləşən Abasallı kəndi ilə əlaqəyə malik olduğu düşünülür. Biləsuvar rayonundakı Novomixaylovka (indiki Zəhmətabad) kəndinin adı da 1840-cı ilədək Abazallı olmuşdur. Bu oykonimlər xəzər və peçeneqlərin tərkibində Azərbaycana gəlmiş abaza (avaz/abas/abaz) tayfasının adı ilə bağlıdır. Türkmənistanda Avaza, Xakas MV-də Abaza, Gürcüstanda Abaşa, Abazlar toponimlərinin, Azərbaycanda isə Avazlar, Avaz, Abbazlı (Qazax rayonunun İkinci Şıxlı kəndində tayfa) toponim və etnonimlərinin qeydə alınması bu fikri təsdiq edir.[3]

Digər bir fikrə görə kəndin adı əslində Abasalılıdır (Abasəlikənd).[4] Keçmişdə bu ərazidə iki Abasəlikənd olmuşdur: biri Aşağı Qaramanlı, digəri isə indiki Abbasəlli kəndi.[5]

Coğrafiyası və iqlimi

redaktə

Kənd Burovar silsiləsinin ətəyində yerləşir.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 823 nəfər əhali yaşayır.[6]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-28.
  3. ↑ Abazallı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. ↑ Milli Virtual Kitabxana: AMEA Akademik H. Əliyev adına Coğrafiya İnstitutu. B. Ə. Budaqov, N. G. Məmmədov—Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti Arxivləşdirilib 2021-10-17 at the Wayback Machine, Bakı şəhəri, 2007-ci il.
  5. ↑ Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
  6. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

redaktə
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abazallı&oldid=8143563"
LOVE.AZ