. Love.az

Abbas Ehmed - Wikipedia - Love.az

Ana Səhifə - Abbas Ehmed

Abbas Allahverdi oğlu Əhmədov, musiqi ləqəbi Abbas Əhməd (25 dekabr 1960, Moskva) — Azərbaycan ballada müğənnisi. 1990-cı illərin əvvəlində "Ürəyim yanar" adlı mahnıyla məşhurlaşdı.

Abbas Əhməd
Ümumi məlumatlar
Doğum tarixi 25 dekabr 1960(1960-12-25) (64 yaş)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Şəxsi həyatı
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Həyatı

redaktə

1960-cı ildə Rusiyada doğulub, amma əsili Şamaxıdandır.[1] Rusiyada məktəbə getmişdir.[1] Dördüncü sinifdə oxuyanda bir müddətə Bakıya köçdü.[1]

1989-cu ildə "Qızıl payız" mahnı müsabiqəsində birinci yeri tutdu.[1] 1988-ci ildən 2002-ci ilə qədər "Qaya" musiqi qrupunda işləmişdir.[1] 1992-ci ildə "Ürəyim yanar" mahnısını Elçin Mirzəbəylinin sözlərinə yazdı. Mahnını həyat yoldaşıma həsr etdi.[1] 2003-cü ildən Rusiyada yaşayır, Moskvadan 15–20 kilometr kənarda.[2] Bacısı, qardaşı və anasl isə Bakıda yaşayırlar. Rus, italyan və bir neçə başqa dillərdə də oxuyur.[3]

Şəxsi həyatı

redaktə

İki dəfə evlənmişdir. Birinci nikahdan bir oğlu var. İkinci həyat yoldaşıyla 22 ildən çox evlidir, o nikahdan övladı yoxdur.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 "Müğənni Abbas Əhməd ailə sirlərini açdı: "Mən burda yaşaya bilmədim" - MÜSAHİBƏ". Modern.az. 12 sentyabr 2013. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2023.
  2. ↑ "Певец Аббас Ахмед: "Многие думают, что бегать со свадьбы на свадьбу - это и есть шоу-бизнес"". Day.az. 2011-11-21. 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  3. ↑ "Известный певец Аббас Ахмед скоро обрадует своих поклонников новыми песнями". 1news.az. 2008. İstifadə tarixi: 2023-09-25.

Xarici keçidlər

redaktə
  •   Abbas Əhməd - Ürəyim yanar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abbas_Əhməd&oldid=7529543"
LOVE.AZ