. Love.az

Abbas Mirze Serifzade Kucesi Baki - Wikipedia - Love.az

Ana Səhifə - Abbas Mirze Serifzade Kucesi Baki

Abbas Mirzə Şərifzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin adını daşıyır. Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinə kimi uzanır.

Abbas Mirzə Şərifzadə küçəsi
Ümumi məlumatlar
Ölkə
  •  Azərbaycan
Şəhər Bakı
Rayon Yasamal
Uzunluğu 2,1 km[1]
metro İnşaatçılar
Şərəfinə adlandırılıb Abbas Mirzə Şərifzadə

Mündəricat

  • 1 Haqqında
  • 2 Kəsişdiyi küçələr
  • 3 Mühüm ünvanlar
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Haqqında

redaktə

Abbas Mirzə Şərifzadə küçəsi "Azərbaycan" nəşriyyatının sol cinahından başlayıb, Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsinə paralel Respublika Kliniki Xəstəxanasına qədər uzanır. Yenidən qurulduqdan sonra eninə, hərəkət zolaqlarının sayına görə adı çəkilən prospektləri üstələyir, uzunluğu isə onların ikisi qədərdir.[2]

Kəsişdiyi küçələr

redaktə

Abbas Mirzə Şərifzadə küçəsi Mətbuat prospektindən başlayır və Müzəffər Həsənov küçəsi ilə kəsişmədə bitir.

  • İsfəndiyar Zülalov küçəsi
  • İsmayıl Mürsəgülov küçəsi
  • Yaşar Abdullayev küçəsi
  • Mirzə Mehdiyev küçəsi
  • Nazim Hikmət küçəsi
  • 6-cı Salaxani küçəsi
  • 7-ci Salaxani küçəsi
  • Akim Abbasov küçəsi
  • Kamal Rəhimov küçəsi
  • Əsəd Əhmədov küçəsi
  • Həmidov küçəsi
  • Məhəmməd Xiyabani küçəsi
  • Heydər Hüseynov küçəsi

Mühüm ünvanlar

redaktə
 
2 nömrəli Bakı Baza Tibb Kolleci
  • № 10 — Azad Azərbaycan TV
  • № ? — AMEA Fiziologiya İnstitutu
  • № 20 — Kaktus restoranı
  • № 39 — ASAN xidmətin 3 saylı mərkəzi
  • № 138 — CONNECT TV
  • № 154a — "Bizim Market"
  • № 158 — "Metro ticarət"
  • № ? — Günəş petrol
  • № 196 — Akademik M.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzi
  • № 202 — "Zəngin süfrə" restoranı
  • № 203 — Capsella pərdə-tül mərkəzi
  • № 204 — 2 nömrəli Bakı Baza Tibb Kolleci
  • № ? — AZPETROL
  • № 241 — İctimai Televiziya[3]
  • № ? — Respublika kliniki xəstəxanası
  • № ? — Bakı Rabitə Kolleci

Ədəbiyyat

redaktə
  1. Elxan Qənbərli, "Görməzlik, biganəlik, yoxsa...", "Azərbaycan" qəzeti, 16 iyul 2013-cü il.

İstinadlar

redaktə
  1. ↑ "Abbas Mirzə Şərifzadə küçəsi, Bakı, Azərbaycan". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  2. ↑ Elxan Qənbərli. "Görməzlik, biganəlik, yoxsa..." "Azərbaycan" qəzeti (az.). azerbaijan-news.az. 16 iyul 2013. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  3. ↑ "İTV: Əlaqə". 2015-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.

Xarici keçidlər

redaktə
  Vikianbarda Abbas Mirzə Şərifzadə küçəsi ilə əlaqəli mediafayllar var.
  • Abbas Mirzə Şərifzadə küçəsi, Bakı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abbas_Mirzə_Şərifzadə_küçəsi&oldid=7529793"
LOVE.AZ