. Love.az

Abbas Bey Sultanov - Wikipedia - Love.az

Ana Səhifə - Abbas Bey Sultanov

Abbas bəy Sultanov (1895, Qubadlı, Zəngəzur qəzası – 5 noyabr 1938, Bakı) — həkim, ictimai xadim.

Abbas bəy Sultanov
Abbas bəy Ağalar bəy oğlu Sultanov
Qubadlı Rayon Partiya Komitəsinin birinci katibi
1930 – 1931
ƏvvəlkiFeyzulla Abbasov
SonrakıNiyaz Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1895
Doğum yeri
  • Qubadlı, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 5 noyabr 1938(1938-11-05)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili Kiyev Müqəddəs Vladimir Universiteti [1]

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

Abbas bəy Ağalar bəy oğlu 1895-ci ildə Zəngəzur qəzasının Qubadlı kəndində anadan olmuşdu. 8 yaşından 11 yaşına kimi Qubadlı kənd məktəbində oxumuşdu. Sonra Qori şəhər gimnaziyasına qəbul olmuşdu. 1915-ci ildə gimnaziyanı bitirmişdi. Elə həmin ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. Unıversitetdə oxuduğu dövrdə siyasi dərnəklərdə iştirak etmişdi. 1917-ci ildə təhsil ocağını yarımçıq qoyub Zəngəzura qayıtmışdı. Feldşerlik vəsiqəsi olduğundan Gorusda qəza idarəsinin tibb şöbəsində işə başlamışdı. Sovet dövründə, 1921-ci ildən 1923-cü ilədək Qubadlı Qəza Firqə Komitəsinin məsul katibi işləmişdi. Sonra Xalq Maarif komissarlığında baş ictimai tərbiyə idarəsinin müdiri vəzifəsində çalışmışdı. Oradan də Ali Siyasi Maarif İdarəsinin müdiri vəzifəsinə dəyişmişdi. 1930-cu ildə Qubadlı Rayon Partiya Komitəsinin birinci katibi olmuşdu.1931–1932-ci illərdə Qaradonlu (indiki İmişli) Rayon Partiya Komitəsinin birinci katibi, sonra uzun müddət Gəncədə Zaqafqaziya Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru işləmişdi.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Hüseynqulu sultanın törəmələri. "Soy" dərgisi, 8 (28), 2009, səh.

Həmçinin bax

redaktə
  • Sultanovlar (II)

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abbas_bəy_Sultanov&oldid=7260370"
LOVE.AZ