. Love.az

Abdulla Xan Yarkend Xani - Wikipedia - Love.az

Ana Səhifə - Abdulla Xan Yarkend Xani

Abdulla xan ibn Əbdürrəhim xan (?—30.10.1675) — Turfanın, Çalışın (1635–1668), Məmləkəti-Moğoliyyənin və Yarkənd xanlığının hakimi.

Abdulla xan
uyğ. ئابدۇللاخان
Yarkənd xanı
1638 – 1668
ƏvvəlkiƏbdürrəhim xan
SonrakıYolbars xan
Şəxsi məlumatlar
Doğum yeri Yarkənd, Yarkənd xanlığı
Vəfat tarixi 30 oktyabr 1675
Ailəsi Cığataylılar
Dini Sünni İslam

Həyatı

redaktə

Abdullah xan dönəmində (1638–1668) şimal qonşuları olan Kalmıklar (Kalmıkca: Хальмгуд)ın böyük bir hərbi gücə sahib olduğu bilinməkdədir. Buna qarşı önləm alınırsa da iş işdən keçmiş, hər şey Abdulla xanın aleyhinə, əsas olaraq Səidiyə xanlığının əleyhinə işləmişdir.

Abdulla xan (1638–1668) da xanlığı oğluna buraxmışdır. Qurultay, xan seçmənin xaricində xanlıqda torpaqların paylaşdırılması və önəmli məqamlara təyin edilməsi haqqında da qərar verirdi.[1]

İstinadlar

redaktə
  1. ↑ Wei Liang-tao, Yeh-erh-chiang Han-kuo Shih-kang (Yarkənd xanlığının qısa tarixi), Harbin: Hei-lung-chiang chiao-yü nəşriyyatı, 1994, s. 158–160.

Həmçinin bax

redaktə
  • Yarkənd xanlığı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Abdulla_xan_(Yarkənd_xanı)&oldid=7545931"
LOVE.AZ