Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Abdullah Əhmədov (mart 1949, Qax) — fizika-riyaziyyat elmləri namizədi (1978), Azərbaycan Texniki Universitetində dosent.
Abdullah Əhmədov | |
---|---|
Əhmədov Abdullah Əmrullah oğlu | |
Doğum tarixi | (76 yaş) |
Doğum yeri | Sarıbaş, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Elmi adı | dosent |
İş yeri | Azərbaycan Texniki Universiteti |
Təhsili |
Əhmədov Abdullah Əmrullah oğlu 1949-cu ildə Qax rayonunun Sarıbaş kəndində anadan olmuşdur. 1966-cı ildə Sarıbaş kənd orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur.
1971-ci ildə universiteti "Yarımkeçiricilər" ixtisası üzrə bitirərək, bir müddət Sarıbaş kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş, iki il yarıma işini tamamlayaraq, 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanı müvəffəqiyyətlə müdafiə etməyinə baxmayaraq düz iki il işsiz qalmışdır.
1980-ci ildən hal-hazıra qədər Azərbaycan Texniki Universitetində dosent vəzifəsində çalışır.
Abdullah Əhmədov 120-yə qədər elmi məqalənin, bir neçə metodik vəsaitin müəllifidir. Ailəlidir, iki övladı var.