Aberdin Dağı (Mount Aberdeen) — Kanadanın Alberta vilayətində, Banff Milli Parkının[5] ərazisində yerləşən dağ.
Aberdin dağı | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3.152 m[1][2] |
Nisbi hündürlüyü | 566 m[3] |
Yerləşməsi | |
51°22′48″ şm. e. 116°14′51″ q. u.HGYO | |
Ölkə | |
![]() |
Dağın adı 1897-ci ildə Kanadanın 7-ci General Qubernatoru Lord Aberdinin şərəfinə adlandırılmışdır.[6]
Zirvəyə ilk yüksəliş 1894-cü ildə Samuel E.S. Allen, L.F. Frissel və Uolter D. Uilkoks tərəfindən olmuşdur.
Dağın adı rəsmi olaraq 1952-ci ildə Kanadanın Coğrafi Adlar Şurası tərəfindən elan edilmişdir.[7]
Aberdin dağı Banff Milli Parkının Luiz gölünə[8] yaxın yerləşən 3,152 metrlik (10,341 fut) dağ zirvəsidir.
Dağın ən yaxın yüksək zirvəsi Cənub-Qərbdən 2,9 km (1,8 mil) məsafədə yerləşən Lefroy dağıdır.[9] Haddo zirvəsi Aberdin dağı ilə eyni massivdə, Aberdin buzlaqı isə iki zirvə arasında yerləşir.[10]
Banff Parkındakı digər dağlar kimi, Aberdin dağı da Kembridən əvvəl Yura dövrünə qədər uzanan qayalıqlardan ibarətdir.[11]
Dağ qışı soyuq, qarlı və yayı mülayim keçən Subarktik iqlim zonasında yerləşir.[12] Temperaturu -20°-4° və küləyin soyuma dərəcələri -30°-22°-ə qədər enə bilər.