. Love.az

Adigozelovlar - Wikipedia - Love.az

Ana Səhifə - Adigozelovlar

Adıgözəlovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Adıgözəlovlar
Titul Bəy
Əcdadı Adıgözəl bəy Təklə
Qohum soylar İmamqulubəyovlar
Mənşəyi Qarabağ, Ağcabədi
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Qaradolaq

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun məşhur nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Soyun yaranması

redaktə

Bu soyun ulu babası Adıgözəl bəy Dərvişqulu bəy oğlu Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı olmuşdu. Mеhdiqulu xan Cavanşirə xidmət etmişdi. Xan Irana qaçandan sonra ruslara işləmişdi. Qardaşı Imamqulu bəylə bərabər Dəmirçihəsənli mahalını idarə etmişdilər. Praporşik hərbi rütbəsi almışdı. Qarabağda Təklənski soyadı ilə tanınırdı. Törəmələri Adıgözəlov soyadını daşıyırlar.

Adıgözəl bəy böyük mülkədar idi. Şuşa şəhərində imarətə, rəiyyətlərə, Qaradolaq, Şahsеvən adlı obalara, Kürətan torpağında mülklərə yiyələnmişdi.

Adıgözəl bəyin Hümbətəli bəy, Atakişi bəy, Ibiş bəy, Sadıq bəy, Məmməd bəy adlı oğulları vardı.

Soyun məşhur nümayəndələri

redaktə
  • Adıgözəl bəy Təklə — Qarabağ bəylərindən, mahal naibi, rus ordusunun praporşiki.
  • Zülfü Adıgözəlov — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycan SSR əməkdar artisti (1943).
  • Vasif Adıgözəlov — Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), "Şöhrət" və "İstiqlal" ordenləri laureatı.
  • Yalçın Adıgözəlov — Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2012).

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Adıgözəlovlar: Qaradolaq bəyləri, "Soy" elmi-kütləvi dərgi, 2010, № 7, səh.3–22.

Həmçinin bax

redaktə
  • Qarabağ
  • Şuşa
  • Qaradolaq

Xarici keçidlər

redaktə
   Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.


Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adıgözəlovlar&oldid=7878954"
LOVE.AZ