Adaptiv neyro qeyri-səlis çıxarış sistemi (ing. Adaptive neuro fuzzy inference system)— Takagi Sugeno qeyri-səlis çıxarış sisteminə əsaslanan süni neyron şəbəkənin növlərindən biri. Bu üsul 1990-cı illərin əvvəllərində inkişaf etdirilib.[1][2] Həm neyron şəbəkələr, həm də qeyri-səlis məntiqin prinsiplərini özündə birləşdirəndən sonra, bu sistem vahid quruluşda hər ikisinin üstünlüklərini almaq üçün potensiala malik oldu. Onun çıxarış sistemi yaxın qeyri-xətti funksiyalar üçün öyrənmə qabiliyyətinə malik olan qeyri-səlis ƏGƏR-ONDA qaydalarının (İF-THEN) məcmusuna uyğundur.[3] Deməli, ANFİS universal qiymət təyin edən sayılır.[4] ANFIS-in daha səmərəli və optimal şəkildə istifadəsi üçün, genetik alqoritm vasitəsilə əldə olunan parametrləri istifadə etmək olar.[5][6]
İki girişli və iki qaydalı sadə Takagi-Sugeno kontrolleri:
Əgər P11(x1) VƏ P12(x2) ONDA f1(x1, x2)
ƏGƏR P21(x1) VƏ P22(x2) ONDA f2(x1, x2)
Bu idarəetmə elementini reallaşdıran ANFİS aşağıdakı kimi təsvir olunur: