. Love.az

Adeleyd Yarimadasi - Wikipedia - Love.az

Ana Səhifə - Adeleyd Yarimadasi

Adeleyd yarımadası (ing. Adelaide Peninsula) - Kanadanın şimal-qərbində yerləşən iri yarımada. Bəzən onu Аdelaidа adlandırırlar. Yarımada Nunavut vilayətinin materik hissəsində yerləşir. Ondan qərbdə Kuin-Mod körfəzi yerləşir. Yarımadanı Kinq-Vilyam adasından Simpson boğazı (eni 3,5 km) ayırır. Şərq sahillərini isə Çanti körfəzi yuyur[1]. Cənub hissəsində Şerman körfəzi yerləşir (Sherman Basin[2]). Onun böyük hissəsi su ilə əhatələnmişdir. Dar bərzəx vastəsi ilə materikə birləşir. Yarımada ərazisində çoxlu sayda kiçik adsız göllər vardır.

Adeleyd
Yerləşməsi
68°06′ şm. e. 97°48′ q. u.HGYO
Ölkə  Kanada
Adeleyd xəritədə
Adeleyd
Adeleyd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1848-ci ildə yarımada ərazisində Con Franklin təşkil etdiyi Britaniya arktik ekspedisiyasının sonuncu nümayəndələri həlak olmuşdur.

İstinadlar

redaktə
  1. ↑ Kanada Xəritəsi SSRİ, 1988 il
  2. ↑ National Geographic. Atlas of the World (eighth edition). Canada
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adeleyd_yarımadası&oldid=8002369"
LOVE.AZ