. Love.az

Adi Sam - Wikipedia - Love.az

Ana Səhifə - Adi Sam

Adi şam (lat. Pinus sylvestris) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Adi şam
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Pinoideae
Cins:
Şam
Növ:
Meşə şamı
Beynəlxalq elmi adı
  • Pinus sylvestris L., 1753[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183389
NCBI  3349
EOL  1059929

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Azərbaycanda yayılması
  • 4 Sinonimləri
    • 4.1 Homotipik sinonimləri
  • 5 Yarımnövləri
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Arealı

redaktə

Skandinaviya, Avropa, İspaniya, İtaliya və Balkan yarımadası, Atlantik okeanı sahillərindən başlayaraq Sakit okean sahillərinə kimi geniş ərazini əhatə edir.

Botaniki xarakteristikası

redaktə

Qayalarda və daşlı yamaclarda bitir. Həmişəyaşıl, hündürlüyü 40 m-ə, gövdəsinin dimateri 60 sm-ə çatan ağacdır. Uzunömürlüdür, 300 ilə kimi yaşayır. Dirək gövdəsinin qabığı bozumtul-qonur, qalın, qeyri-bərarər çatlıdır, budaqları qırmızımtıl-sarı, nazik qabıqla örtülüdür. Seyrək çətirli, iynəyarapqları tünd-yaşıldır, aşağı budaqları töküldükdən sonra çətiri ensizləşir. Uc tumurcuqları yumurtavarı və ya yumurtavarı-konusvarı, qabıqları enli-neştərvarı və ya üçkünc, kənarları seyrək, saçaqlı və saçaqsızdır.

Adi şamın qozaları may ayında əmələ gəlir, yazda yetişir. Qozaları yumurtavarı-konusvarı, yetişdikdə bönövrəyə qədər açılırlar. Apofizləri bir az piramidal-yuxarı qalxandır. Toxumları ağımtıl, bozumtul rəngdə olub, diametri 3–4 mm-dir, 1000 ədəd toxumun çəkisi orat hesabla 6,3 qr-dır. Torpağa az tələbkardır, qeyri-münbit torpaqlarda da inkişaf edir. Şaxtaya və quraqlığa davamlıdır. Şəhərin qeyri-münasib mühitinə (qaza, tüstüyə və s.) dözmür. Oduncağı qiymətlidir, sənayenin müxtəlif sahələrində istifadə edilir. Adi şamın oduncağından metil və etil spirti, qatran, skipidar, fenol, kanifol və digər kimyəvi maddələr alınır.

Azərbaycanda yayılması

redaktə

Azərbaycanda Bakı və Xankəndi şəhərlərinin, Tovuz, Ağstafa, Quba, Şamaxı, Qax, Şəki, Zaqatala, Balakən, Oğuz, Xaçmaz və Göygöl rayonlarının park və bağlarında təsadüf olunur.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Pinus borealis Salisb.

Yarımnövləri

redaktə
  • Pinus sylvestris var. elicinii Kandemir & Mataraci
  • Qarmaqvarı şam (Pinus sylvestris var. hamata Steven)
  • Pinus sylvestris var. lapponica Hartm.
  • Pinus sylvestris var. mongholica Litv.
  • Pinus sylvestris var. sylvestris

İstinadlar

redaktə
  1. ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1000.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adi_şam&oldid=8147248"
LOVE.AZ