Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü.
Adi quşəppəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Adi quşəppəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Bütün zonalarda - arandan dağlıq, subalp qurşaqlara qədər yayılmışdır.
Yayda çiçəkləmə fazasından, meyvə verənə qədər olan müddətdə qazıb çıxartmaqla və ya kəsməklə toplanılmalıdır. Toplanılmış xammal hava dəyişilən kölgəli yerlərdə qurudulmalıdır.
Yarpaqlarının tərkibində filloxinon (vitamin K), askorbin turşusu, aşı maddələr, flavonoidlər və üzvi turşular vardır. Tərkibində K vitamini, bor turşusu, qissopin, çaxır, fumarin və alma turşuları, flavanoidlər, xolin və asetilxolin, tiramin, çoxlu kalium, peptid, inozit, saponinlər, fitonsidlər və askorbin turşusu vardır. Toxumlarının tərkibində 28% yağ və az miqdarda allilqor turşuları vardır.
Birillik bitki olan quşəppəyi otunun yerüstü hissəsi keyfiyyətli dərman xammalı və dərman bitkisidir. Quşəppəyi ekstraktı (Extr. Bursae pastoris fluidum). Ekstrakt (1:1) nisbətində 70% spirtli məhluludur. 20-25 damcı gündə 2-3 dəfə içmək olar.
Hipotenziv, hərarətsalıcı, büzücü və sidikqovucu xüsusiyyətə malikdir. Təzə bitkidən hazırlanmış soku güclü qankəsicidir. Hipertoniya və ateroskleroz xəstəliyində təyin edilir. Yazda cavan yarpaqları salat kimi yeyilir. Dəmləməsi başlıca olaraq mədə-bağırsaq traktı, ishal, öd və böyrəkdaşı, maddələr mübadiləsi pozğunluğu ilə gedən podaqra və revmatizm xəstəliklərində işlədilir. Quşəppəyi yaxşı qankəsici maddə kimi uşaqlıq, mədə və böyrək qanaxmalarında tətbiq edilir. 2 çay qaşığı bitkini 2 stəkan qaynar suda 10 dəqiqə dəmləyərək, gün ərzində 2 fincan içmək lazımdır (sutqalıq doza). Qarışıq kimi ürək və qan dövranı pozğunluqlarında 10,0quşəppəyi,10,0 yemişan,5,0 valerian,5,0 badrinc olmaqla, qarışıq hazırlanaraq, 2 çay qaşığı 250ml suda 10 saat ərzində dəmlənərək isti halda qəbul edilməlidir. Eyni dozada qatırquyruğu ilə birlikdə ağciyər, revmatizm, qaraciyər, podaqra, burun-qulaq və boğaz infeksiyalarında qəbul edilə bilər. Maye və sulu ekstraktı uşaqlığın atoniyası və uşaqlıq qanaxmalarında tətbiq edilir.
Nəmliyi ən azı 13%, ümumi külün miqdarı 10%, 70% etil spirti ilə çıxarılan ekstraktiv maddələr 10%, qaralmış kök, gövdə, yarpaq və xarab olmuş nişasta tərkibli hissəciklər 3%, üzvi maddələri 2%, mineral maddələri isə 1%-dən çox deyildir.
Təzə yarpaqları diabet xəstəliyinin müalicəsində istifadə edilir.