Adilə Ayda (Rusca: Гадиле Садреевна Максудова / Gadile Sadreyevna Maksudova, Tatarca: Гадилә Садри кызы Максудова / Ğädilä Sadri qızı Maqsudova, 7 mart 1912, Sankt-Peterburq – 5 oktyabr 1992, İstanbul) – Türkiyənin ilk qadın diplomatı. Ancaq müasir dövrdə daha çox Etrusklar mövzusunda kitabları və mülahizələri ilə tanınır. Kontenjan senatorluğuna seçilmişdir.
Adilə Ayda | |
---|---|
Doğum tarixi | 7 mart 1912(1912-03-07) |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 1992(1992-10-05) (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Sədri Maqsudi Arsal |
Təhsili |
|
Fəaliyyəti | diplomat |
Elmi dərəcəsi |
1912-ci ildə dönemin Duma üzvü Sadretdin Nizametdinoviç Maksudov (sonrakı Sadri Maksudi Arsal) ilə Orenburqlu qızıl mədəni sahibi Rami ailəsinden Kamilə Rami (Arsal)nin qızı olaraq Sankt-Peterburqda doğuldu.
Ayda Türkiyə Cümhuriyəti Roma səfirliyində elçi-müsteşar vəzifəsində çalışdığı illərdə Etrusklar mövzusunda araşdırma aparmış və fransızca və türkcə olaraq yazdığı əsərlərdə Etruskların proto-türk olduğu görüşünü işləmişdir.
Xarici İşlər Nazirliyindən təqaüdə çıxdıqdan sonra prezident Fəxri Korutürk tərəfindən kontenjan senatoru seçilmişdir. Ayda iki dəfə ailə qurmuşdu. Doktor olan ilk ərinden uşağı olmamışdır. İkinci əri mühendis Reşid Mazhar Aydanın iki kızı (Gönül Pultar ve Gülnur Üçok) və beş nəvələri olmuşdur.