. Love.az

Adile Mutellibova - Wikipedia - Love.az

Ana Səhifə - Adile Mutellibova

Adilə Mütəllibova, Ədilə Mütəllibova (1938[1], Bakı – 5 iyul 2019, Bakı) — Azərbaycan Respublikasının ilk birinci xanımı, prezident Ayaz Mütəllibovun həyat yoldaşı. İxtisasca həkim idi.[2]

Adilə Mütəllibova
Doğum tarixi 1938
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 iyul 2019
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Ayaz Mütəllibov
Uşaqları 2 övlad
oğlanları: Azad (1962-2011) və Zaur (d. 1970) Mütəllibovlar
Fəaliyyəti Həkim
Partiyası
  • Azərbaycan Sosial Demokrat Partiyası

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

Adilə Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub. Əslən Maştağa qəsəbəsindən olan Adilə Mütəllibova Həyat yoldaşı ilə 1961-ci ildə Bakıda ailə qurub və Bakıda yaşayıblar. Ayaz Mütəllibov 1992-ci ildə hakimiyyətdən gedəndən sonra Adilə Mütəllibova onunla birlikdə Moskvada yaşamışdır. 2011-ci ilin avqustunda oğlu Azad Mütəllibov vəfat edəndə, o da Ayaz Mütəllibovla birlikdə Bakıya gəlmişdi. Mətbuatla ünsiyyət saxlamırdı.

Mütəllibova 5 iyul 2019-cu ildə uzun sürən bir xəstəlikdən sonra 81 yaşında vəfat edib. Onun dəfn mərasimi həmin gün Bakıda Təzə Pir məscidində keçirilib. Bakı Yasamal qəbiristanlığında oğlu Azadın yanında dəfn edilib.

Karyerası

redaktə

Ayaz Mütəllibov prezident olduğu dövrdə Adilə Mütəllibova əsasən xeyriyyəçiliklə məşğul olub. Gəncliyində həkim işləyib. Ayaz Mütəllibov dövlət işinə keçəndən sonra işləməyib.

Həmçinin bax

redaktə
  • Azərbaycanın birinci xanımlarının siyahısı

İstinadlar

redaktə
  1. ↑ lent.az // http://news.lent.az/news/272914.
  2. ↑ Rza, Nizam. "Mütəllibovun xanımı əməliyyat olundu - keçmiş prezidentdən AÇIQLAMA". lent.az. 2017-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2017.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adilə_Mütəllibova&oldid=7883607"
LOVE.AZ