. Love.az

Adil Geray - Wikipedia - Love.az

Ana Səhifə - Adil Geray

Adil Gəray (13 may 1919, Bakı – 13 dekabr 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, dirijor, bəstəkar, Azərbaycan SSR əməkdar artisti (1959).

Adil Gəray
Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli
Ümumi məlumatlar
Digər adı Adil Gəray Məmmədbəyli
Doğum tarixi 13 may 1919
Doğum yeri
  • Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC, Azərbaycan
Vəfat tarixi 13 dekabr 1973 (54 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti Pedaqoq, dirijor, bəstəkar
Musiqi aləti Tar
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959

Həyatı

redaktə

Adil Gəray Heybətqulu oğlu Məmmədbəyli 13 may 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfini bitirmiş, 1940–1948-ci illərdə, fasilələrlə Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan xalq musiqisi şöbəsində, Üzeyir Hacıbəyovun sinfində təhsil almışdır. Muğam dərslərini Əhməd Bakıxanovdan almışdır. 1938-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. O tar ilə fortepiano üçün "Bağçakürd" (1957) pyesini Ü. Hacıbəyova ithaf etmişdir.

1937-ci ildən Hüseynqulu Sarabskinin sinfində müşayiətçi, 1939-cu ildən 1962-ci ilə qədər Azteleradio orkestrində konsertmeyster kimi çalışmışdır.

1940-cı ildən, eyni zamanda, Azərbaycan Dövlət Musiqi Məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir.

O, bir çox məşhur tarzənlərin müəllimi olmuşdur. Tar üçün bir sıra əsərlərin, o cümlədən, "Tar üçün etüdlər"in, "Bağçakürd", "Qaytağı", "Cəngi", "Səfi-kürd", "Şahnazsayağı", "Gülüstan" pyeslərinin, mahnıların, "İbtidai məktəblər üçün nəğmələr məcmuəsi"nin və s. əsərlərin müəllifidir.

Onun əsərləri bir çox konsert və tədris repertuarında layiqli yer tutur. "Tar üçün etüdlər" məcmuəsində yeddi muğam – "Rast", "Şur", "Seygah", "Çahargah", "Bayatı-Şiraz", "Mahur-Hindi", "Şüştər" muğamları əsasında etüdlər bəstələmişdir.

Musiqi əsərləri

redaktə
  • Səbinə Ərəbli — "Yar gəldi" mahnısı — sözləri Əli Kərimindir
  • "Yadigar" mahnısı — sözləri Nəbi Xəzrinindir
  • "Ana kəndim" — sözləri Gəray Fəzlinindir
  • "Bizim qızlar" — sözləri də Adil Gəraya məxsusdur
  • Ayşən Mehdiyeva — Azərbaycanım Mənim — sözləri Əli Kərimindir

İstinadlar

redaktə
  • Muğam Ensiklopediyası — Adil Gəray
  • http://www.mugamradio.az/az/ifacilar/18/60 Arxivləşdirilib 2011-10-02 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adil_Gəray&oldid=7982623"
LOVE.AZ