Adil Qəribov (tam adı: Adil Əbdulxaliq (Abdulxalıq) oğlu Qəribov; 28 mart 1950, Nuxa rayonu) — Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvi (akademik), (2014).[1]
Adil Qəribov | |
---|---|
Adil Abdulxalıq oğlu Qəribov | |
Doğum tarixi | (75 yaş) |
Doğum yeri | İbrahimkənd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adları | professor, akademik |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası |
Tanınmış yetirmələri |
18-fəlsəfə doktoru 3-elmlər doktoru |
Tanınır | Azərbaycan kimyaçısı |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() |
Adil Qəribov 28 mart 1950-ci ildə Şəki rayonunun İbrahimkənd kəndində anadan olub. 1966-cı ildə məktəbi gümüş medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1972-ci illərdə AMEA-nın aspirantura şöbəsinin radiasion tədqiqatlar sektorunda təhsil alıb. 1979-cu ildə AMEA-nın organika və Fiziki Kimya institutunda namizədlik disertasiyasını müdafiə edib. 1977–1978-ci illərdə aspiranturanı bitirdikdən sonra, Radiasiya Tədqiqatlar sektorunda mühəndis işləyib, 1978–1980-ci illərdə kiçik, daha sonra 1980–1990-cı illərdə baş elmi işçi kimi çalışıb.1990–1995-ci illərdə "Müxtəlifnövlü sistemlərin radiasion kimyası" qrupunun rəhbəri olub. 1995-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1998-ci ildə isə "Radiasiya kimya" ixtisası üzrə professor adını alıb. 1995–2001-ci illərdə "Müxtəlifnövlü sistemlərin radiasiya kimyası" laboratoriyasının, AMEA Radiasiya Tədqiqatlar sektorunun rəhbəri olub. 2002-ci ildə AMEA Radiasiya Problemləri İnstitutuna dəyişdirilib və oranın direktoru seçilib. O, 2007-ci ildən AMEA –nın Radiasiya Kimya ixtisası üzrə müxbir üzvü seçilib. Qəribov Adil Əbdulxaliq oğlu-Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir və həqiqi üzvüdür. Azərbaycan Respublikası Prezidenti İ. H. Əliyevin 14 dekabr 2005-ci il tarixli Fərmanı ilə Əməkdar Elm Xadimi (Vəsiqə № 0066) adına layiq görülüb.
2020-ci ildə Azərbaycanda elmin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.[2]