Adirondakinteryer və memarlıqda ən maraqlı etno stillərdən biridir. 20-ci əsrin ortalarında ABŞ-də yaranıb və adı Nyu-York şəhərindəki Adirondak dağlarından götürülüb. Bu stil üçün səciyyəvi xüsusiyyətlər aşağıdakılardan ibarətdir:
Hər şeyin təbii olması - faktura, material, rəng;
Ağac gövdələri, budaqları və kökündən qeyri-adi formalar;
Yolunmamış daşlardan istifadə;
Kobud parçalar;
Əl işi əşyalar, böyük və ağır güzgülər, təbiət rəsmləri və s;
Tünd yaşıl, nanə yaşılı, şam ağacı yaşılı, sarı, qızılı, açıq-boz, səma mavisi, tünd qırmızı və təbii taxta tonlarından istifadə.