. Love.az

Admiralti Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Admiralti Adasi

Admiralti adası (ing. Admiralty Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.

Admiralti adası
ing. Admiralty Island
Ümumi məlumatlar
Sahəsi 4264 km²
Uzunluğu
  • 144.840,96 m
Eni 56.327,04 m
Hündür nöqtəsi 1417[1]
Əhalisi 650 nəfər (2000-ci il)
Yerləşməsi
57°40′ şm. e. 134°20′ q. u.HGYO
Ölkələr
  •  Alyaska
  •  ABŞ
Arxipelaq
  • Aleksandr arxipelaqı
Akvatoriya
  • Sakit okean
Admiralti adası xəritədə
Admiralti adası
Admiralti adası
Admiralti adası xəritədə
Admiralti adası
Admiralti adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafiya
  • 2 Fauna
  • 3 Tarix
  • 4 Əhali
  • 5 İqtisadiyyat
  • 6 Ədəbiyyat
  • 7 İstinadlar
  • 8 Mənbə

Coğrafiya

redaktə

Adanın uzunluğu 154 km, eni 56 km və 4264 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 7-ci və dünyanın 132-ci ən böyük adasıdır. Stivens boğazının ən dar hissəsində materikə olan məsafə 5 kilometrdən azdır. Alyaskanın paytaxtı olan Cuno adanın şimal ucundan 12 kilometr aralıda yerləşir. Adanın Qlass yarımadasını adanın əsas hissəsindən ayıran Seymur-Kanal körfəzi onu ikiyə bölünür.

Fauna

redaktə

Adanın 3860 km² hissəsi, Admiralti Təbiət Qoruğudur. Burada 1700-ə qədər qonur ayının yaşadığı məlumdur (yəni adanın hər sakininə demək olar ki, üç ayı düşür). Adada qaraquyruqlu marallara da rast gəlinir, 5000-dən çox ağbaş qartal yaşayır. Suitilər, dəniz donuzları və dəniz şirləri sahil sularında yaşayır, donqar balinalar tez-tez adanın ən böyük körfəzi olan Simor-Kanalına girir. Burada çoxlu qızılbalıq vardır[2].

Ayı və qar keçiləri üçün mütəşəkkil ov aparılır[3].

Tarix

redaktə

Ada səyyah Corc Vankuver tərəfindən xidmət etdiyi Britaniya Admirallığının şərəfinə adlandırılmışdır. İlk dəfə "Discovei" gəmisinin kapitanı Cozef Uidbi tərəfindən 1794-cü ilin iyul-avqust aylarında Vankuver Ekspedisiyası zamanı kəşf edilmişdir.

Əhali

redaktə

Əhalisi adada min ildən artıq yaşamış tlinqitlər. Ən böyük yaşayış məntəqəsi Anqundur.

İqtisadiyyat

redaktə

1989-cu ildən adada böyük bir gümüş mədəni fəaliyyət göstərir, qızıl, sink və qurğuşun da kiçik həcm də olsa belə hasil edilir.

Point Retreat mayakı adanın şimal hissəsində 1904-cü ildən fəaliyyət göstərir[4].

Ədəbiyyat

redaktə
  • Corc və Con Vankuverlər. "«A voyage of discovery to the North Pacific ocean, and round the world»". books.google.ru (rus). 1801. İstifadə tarixi: 2021-02-11.
  • Artur Spenser, "The Juneau Gold Belt, Alaska: A Reconnaissance of Admiralty Island, Alalska", 2011, ISBN 978-5-8781-1165-2

İstinadlar

redaktə
  1. ↑ "Introducing Admiralty Island". 2018-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  2. ↑ "Admiralty Island National Monument". 2012-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-25.
  3. ↑ "Охота на Адмиралтейском острове". 2012-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  4. ↑ "Маяки Аляски". 2012-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-25.

Mənbə

redaktə
  • Друзья Адмиралтейского острова (ing.)
  • "Admiralty Island National Monument (Kootznoowoo) Wilderness". 2013-01-03 tarixində arxivləşdirilib.
  • Адмиралтейский остров
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Admiralti_adası&oldid=7025497"
LOVE.AZ