. Love.az

Adolf Holsteyn Qottorp - Wikipedia - Love.az

Ana Səhifə - Adolf Holsteyn Qottorp

Adolf Holşteyn-Qottorp (alm. Adolf I von Schleswig-Holstein-Gottorf‎; 25 yanvar 1526[1] – 1 oktyabr 1586[2][3], Qottorp sarayı[d], Şlezviq-Holşteyn) — birinci Holşteyn-Qottorp hersoqu, Oldenburq sülaləsinin Holşteyn-Qottorp xəttinin banisi.

Adolf Holşteyn-Qottorp
alm. Adolf I. von Schleswig-Holstein-Gottorf‎
Şəxsi məlumatlar
Doğum tarixi 25 yanvar 1526[1]
Vəfat tarixi 1 oktyabr 1586(1586-10-01)[2][3] (60 yaşında)
Vəfat yeri
  • Qottorp sarayı[d], Şlezviq[d], Şlezviq-Holşteyn, Almaniya Federativ Respublikası
Fəaliyyəti əsilzadə
Atası I Fridrix
Ailəsi Holşteyn-Qottorplar
Dini lüteranlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adolf Danimarka kralı I Fridrix və onun ikinci arvadı Pomeraniyalı Sofiyanın üçüncü oğlu idi. Fridrix oğlunu landqraf Hessenli Filippin sarayında təhsil almağa göndərmiş, Adolf dörd ili Filippin Kasseldəki qalasında keçirmişdir.

1544-cü ildə Adolf, qardaşları Hans və III Xristian Şlezviq və Holşteyn hersoqluqlarını öz aralarında bölüşdürmüşdülər. Adolf üçünün ən kiçiyi olduğu üçün ilk olaraq özü üçün bir hissə seçmişdir. O, Qottorp qəsrini dövlətinin paytaxtı seçdiyi üçün onun sülalə xətti Holşteyn-Qottorp adlandırılmağa başlamışdır.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118812319 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ 1 2 Lundy D. R. Adolf Herzog von Holstein-Gottorp // The Peerage (ing.).
  3. ↑ 1 2 Adolf // Dansk Biografisk Lexikon (dan.).

Xarici keçidlər

redaktə
  • Адольф Гольштейн-Готторпский в Allgemeine Deutsche Biographie
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Adolf_Holşteyn-Qottorp&oldid=7435036"
LOVE.AZ