. Love.az

Afrika Oyunlari - Wikipedia - Love.az

Ana Səhifə - Afrika Oyunlari

Afrika Oyunları — Afrika qitəsi üçün təşkil olunan çoxnövlü idman yarışları. Bu oyunlarda ancaq Afrika ölkələrinin iştirakı mütləqdir.

Afirika Oyunlarının rəsmi loqosu

Mündəricat

  • 1 Haqqında
  • 2 Medalçılar
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Haqqında

redaktə

Afrika oyunları Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir. 1965–2003-cü illərdə Afrika oyunları 8 dəfə keçirilmişdir: 1965 (Brazzavil, Konqo), 1973 (Laaqos (Nigeriya), 1978 (Əlcəzair şəhəri, Əlcəzair), 1987 (Nayribi, Keniya), 1989 (Yohannesburq, CAR), 1991 (Qahirə, Misir), 1995 (Harare, Zimbabve), 2003 (Abuca, Nigeriya). Əsas idman növləri futbol, basketbol, voleybol, həndbol, boks, yüngül atletika, tennis, velosiped idmanı, güləş və üzgüçülükdür.

Medalçılar

redaktə
Əsas məqalə: Afrika Oyunlarında medal qazanmış ölkələrin siyahısı

İndiyədək 10 dəfə təşkil edilən Afrika Oyunlarında 48 ölkə medal qazanmışdır. Onların içində ən yaxşı nəticəni böyük fərqlə Misir olimpiyaçıları göstərmişdilər. 1145 medal qazanan bu ölkənin 463 qızıl, 342 gümüş, 340 ədəd də bürünc medalı vardır. Onların ən yaxın izləyiciləri isə Nigeriyadır. Nigeriyanın aktivində 334 qızıl, 305 gümüş, 295 bürünc medal olmaqla 934 medalı var. Üçüncü yerdə isə 665 medalla Cənubi Afrika qərarlaşır. Cənubi afrıkalıların isə 259 qızılı, 229 gümüşü və 117 bürünc medalı vardır.

Həmçinin bax

redaktə
  • Afrika Oyunlarında medal qazanmış ölkələrin siyahısı
  • Afrika Oyunlarında voleybol
  • Pan-Erməni Oyunları
  • Yay Olimpiya Oyunları
  • Avropa Oyunları
  • Asiya Oyunları
  • Aralıq dənizi Oyunları

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • Rəsmi Sayt Arxivləşdirilib 2014-05-19 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Afrika_Oyunları&oldid=5965900"
LOVE.AZ