. Love.az

Aise Qurbanli - Wikipedia - Love.az

Ana Səhifə - Aise Qurbanli

Aişə Qurbanlı (28 aprel 1993) — Azərbaycanı təmsil edən cüdoçu.[1]

Aişə Qurbanlı
Şəxsi məlumatlar
Tam adı Aişə Qurbanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 28 aprel 1993(1993-04-28) (32 yaş)
Boyu 164 sm. (5 ft 6 in)
İdman növü Cüdo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

redaktə

Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə).

Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. Qadınların -48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[2][3]

İstinadlar

redaktə
  1. ↑ Olympedia.org. "Aişə QURBANLI". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. ↑ Azerisport.com idman portalı. "Токио-2020: Дзюдоисты начали Олимпиаду: Карамат Гусейнов проиграл в 1/8 финала". www.azerisport.com ( (rus.)). 11.02.2022. 2020-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
  3. ↑ Olympedia.org. "2020 Summer Olympics / Judo / Extra-Lightweight (48 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aişə_Qurbanlı&oldid=8048618"
LOVE.AZ