Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Aida Şahlar qızı Qasımova — Azərbaycan filoloqu. O, Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professoru[3] Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiri,[4] filologiya elmləri doktorudur.[5]
Aida Qasımova | |
---|---|
Aida Şahlar qızı Qasımova | |
Doğum tarixi | 2 iyun 1957(1957-06-02)[1] (67 yaş) |
Doğum yeri | |
Anası | Xuraman Abbasova |
Elm sahələri | Ərəb ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, İslamaqədərki əqli-mənəvi durum, Quran və poeziya və s. |
Elmi dərəcəsi | Filologiya üzrə elmlər doktoru |
Elmi adı | Professor |
İş yeri | AMEA |
Təhsili | |
Mükafatları |
Aida Qasımova 2 iyun 1957-ci ildə Azərbaycan SSR-nin Ağdam şəhərində Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Xuraman Abbasovanın ailəsində anadan olmuşdur. O, 1975–1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində təhsil almışdır və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Qasımova 1980–1983-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində baş laborant, 1983–1986-cı illərdə həmin fakültənin aspiranturasında təhsil almışdır. O, 1986–1987-ci illərdə ADU-nun Elmi Kitabxanasında kitabxanaçı, 1987-–2003-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində müəllim, baş müəllim, 1995–2005-ci illərdə dosent, 2005-ci ildən Bakı Dövlət Universitetinin "Ərəb filologiyası" kafedrasının professorudur. Qasımova həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Ədəbi mərasimlər və nəşrlər" şöbəsinin müdiridir. O, Azərbaycan, ərəb, ingilis və rus dillərini bilir.
Aida Qasımova 1989-cu ildə Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "Ərəb ədəbiyyatında məqamə janrının yaranması" mövzusunda namizədlik (PhD), 2001-ci ildə AMEA-nın Ədəbiyyat İnstitutunda "Quran qissələri XIV–XVI əsrlər Azərbaycan ədəbiyyatının ideya bədii qaynaqlarından biri kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Professor Aida Qasımova elmlə yanaşı, təhsilin inkişafında da böyük xidmətləri var. Alimin pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsi ilə bağlıdır. 80-cı illərdən etibarən Şərqşünaslıq fakültəsində müəllim, baş müəllim, 1995-2005-ci illərdə dosent, 2005-ci ildən fakültənin "Ərəb filologiyası" kafedrasının professorudur.
Aida Qasımova 5 monoqrafiyanın, 86 elmi məqalənin müəllifidir. Əsas tədqiqat sahəsi ərəb ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, İslamaqədərki əqli-mənəvi durum, Quran və poeziya və s.dir. Əsərləri tanınmış yerli və xarici jurnallarda çap olunmuşdur.
1983-cü ildən bu günədək respublika və beynəlxalq səviyyəli qəzet və jurnallarda, toplularda onlarla elmi məqalə dərc etdirmişdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |