. Love.az

Akif Eliyev Geoloq - Wikipedia - Love.az

Ana Səhifə - Akif Eliyev Geoloq
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Akif Əliyev.

Əliyev Akif İsmayıl oğlu (4 fevral 1934, Gəncə – 2 sentyabr 2017, Bakı) — Azərbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1991), professor (1996), Azərbaycan Dövlət Mükafatı laureatı (1988).

Akif Əliyev
Doğum tarixi 4 fevral 1934(1934-02-04)
Doğum yeri
  • Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2 sentyabr 2017(2017-09-02) (83 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elm sahələri geologiya
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri doktoru
Elmi adı
  • professor[d]
İş yerləri
  • AMEA Geologiya və Geofizika İnstitutu
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı

Həyatı

redaktə

Akif Əliyev 4 fevral 1934-cü ildə Gəncə şəhərində doğulub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirmişdir. 1959-cu ilədək neft mədənlərində çalışmışdır.

Elmi fəaliyyəti

redaktə

1962–1966-cı illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) kiçik elmi işçi, 1966–1979-cu illərdə Ümumittifaq Elmi Tədqiqat və Layihə Qaz İnstitutunda laboratoriya rəhbəri, 1979–1988-ci illərdə "Dövlətdənizneftqazlayihə" İnstitutunda baş geoloq, elmi işlər üzrə direktor müavini, 1988–1991-ci illərdə Hindistanda Sovet İttifaqı ekspertlər qrupunun baş mühəndisi vəzifələrində çalışmışdır.[1]

1992-ci ildən ARDNŞ-də şöbə müdiri, xarici iqtisadi əlaqələr üzrə rəis müavini işləmiş, eyni zamanda AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.

Akif Əliyev 200-dən çox elmi əsərin, o cümlədən bir neçə monoqrafiya və kitabın, 10 ixtiranın müəllifidir.

SSRİ-nin və Azərbaycanın neftqazlılıq və tektonikasına dair dərc edilmiş silsilə xəritələrin və atlasların həmmüəllifidir.

İstinadlar

redaktə
  1. ↑ "ƏLİYEV Akif İsmayıl oğlu". 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-28.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Akif_Əliyev_(geoloq)&oldid=7883749"
LOVE.AZ