Akif Məmməd oğlu Bağırov (27 oktyabr 1959, Şahbuz rayonu) — Azərbaycan həkimi, uroloq, tibb elmləri doktoru, professor.
Akif Bağırov | |
---|---|
Akif Məmməd oğlu Bağırov | |
Doğum tarixi | 27 oktyabr 1959(1959-10-27) (65 yaş) |
Doğum yeri | |
Uşağı | Nərmin Əzizova |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Uroloq, tibb elmləri doktoru, professor |
Akif Bağırov 27 oktyabr 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirib indiki Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, 1982-ci ildə Universiteti adlı təqaüdlə bitirib. 1983-cü ilin sentyabrında elmi şuranın qərarı ilə Universitetin Urologiya kafedrasında baş laborant vəzifəsində işə başlamış, 1986-cı ildə kafedranın assistenti, 1998-ci ildə dosenti, 2018-ci ildə professoru seçilmişdir.
1990-cı ildə Moskva Vilayət Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1993–1997-ci illərdə Azərbaycan Tibb Universitetinin göndərişi ilə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində renal transplantastiya üzrə doktoranturada olmuşdur. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 2001-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi almışdır.
1997-ci ildən başlayaraq klinik fəaliyyətimdə bir çox müasir və yeni cərrahi müalicə üsullarının Azərbaycanda tətbiq edilməsində fəal iştirak etmişdir. Böyrəkköçürmə, radikal uroonkologiya və rekonstruktiv əməliyyatların tətbiqinə nail olmuşdur. Hazırda bu sahədə fəaliyyətini ATU-nun cərrahi klinikasında davam etdirir.
Azərbaycan, türk, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr olunmuş 94 elmi məqalənin, 2 metodik dərs vəsaiti, 5 kitabın, 1 elmi ixtiranın müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfranslarda: o cümlədən 1995-ci ildə İstanbulda keçirilən Amerika urologiya assosasiyasının konqresində, 2003-cü ildə Almaniyanın Hamburq şəhərində keçirilən III Beynəlxalq Rekonstruktiv Urologiya konqresində məruzələrlə çıxış etmiş, XIY Türkiyə Urologiya konqresindəki məruzəsi fəxri mükafata layiq görülmüşdür.
Qızı Nərmin Əzizova K. Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı, həmçinin Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşıdır. Bundan başqa N. Əzizova Pediatriya.az internet portalının təsisçisidir.
Həmçinin professor A. Bağırovun Emin və Şəhla adında iki nəvəsi vardır.
"Устройство для гемостаза" Авторское свидетельство N1703129, Москва 1991.
(94 elmi məqalə: Azərbaycan dilində — 39; rusca – 22; türkcə — 20; ingiliscə −13); Tək müəllif — 45