. Love.az

Akif Ceferov Neftci - Wikipedia - Love.az

Ana Səhifə - Akif Ceferov Neftci

Akif Allahyar oğlu Cəfərov (9 oktyabr 1930, Tiflis – 30 noyabr 1992, Bakı) — Mühəndis-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Gürganneft Mədənlər İdarəsində mədən müdiri

Akif Cəfərov
Doğum tarixi 9 oktyabr 1930(1930-10-09)
Doğum yeri
  • Tiflis, Gürcüstan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 30 noyabr 1992(1992-11-30) (62 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti neft mühəndisi[d], siyasətçi
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri doktoru
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Əmək igidliyinə görə" medalı

Həyatı

redaktə

Əmək fəaliyyətinə "Gürganneft" NMİ-də operator kimi başlamışdır. 1959-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1971-ci ildə Cənub NQÇİ-nin rəisi təyin edilmiş, 1978–1984-cü illərdə "Xəzərdənizneftqaz" Sənaye Birliyinin Baş direktorunun müavini, baş mühədisi işləmişdir[1].

1984-cü ildən 1992-ci ilə qədər Azərneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışmışdır. A.Cəfərov çoxlu sayda dölət təltiflərinə layiq gürülmüş, seçki orqanlarında Azərbaycan neftçilərini layiqincə təmsil etmişdir.

Akif Allahyar oğlu Cəfərov respublikamızda zərbəçi kommunist əməyi briqadaları yaradılmasının təşəbbüsçülərindən olmuş və onun rəhbərlik etdiyi briqada ilk dəfə bu ada layiq görülmüşdür.

İstinadlar

redaktə
  1. ↑ "Akif Allahyar oğlu Cəfərov". 2013-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Akif_Cəfərov_(neftçi)&oldid=7848026"
LOVE.AZ