Akif Nurağa oğlu Abbasov (28 may 1950, Əli-Bayramlı) Azərbaycan Respublikasının Təhsil İnstitutunın elmi katibi, Xəzər Universitetində FD 2.49 Müdafiə Şurasının üzvü, Şura yanında Təhsilin təşkili və planlaşdırılması (5802.01) ixtisası üzrə elmi seminarın sədri,[1]Azərbaycan Respublikası elmi tədqiqatların əlaqələndirilməsi şurası, pedaqogika üzrə elmi şuranın üzvü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, pedaqoji elmlər doktoru.
Akif Abbasov | |
---|---|
Doğum tarixi | 28 may 1950(1950-05-28) (74 yaş) |
Doğum yeri | |
Elm sahəsi | pedaqogika |
Elmi adı | |
Təhsili | |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
1950, 28 may – Əli Bayramlı (hazırda Şirvan) şəhərində müəllim ailəsində anadan olmuşdur. 1957, 01 sentyabr – şəhər 1 nömrəli məktəbin birinci sinfinə getmiş, 1960-cı ilin 01 sentyabrından təhsilini N. Nərimanov adına 2 nömrəli məktəbdə davam etdirmiş və 1967-ci ildə məzun olmuşdur.
1968–1973-cü illər[2] M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti) ingilis-Azərbaycan dilləri fakültəsində; 1971–1973-cü illər həmin institutun nəzdindəki xarici dilləri öyrənən ikiillik kursun ərəb dili şöbəsində təhsil almışdır. Təyinat əsasında Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi işləmişdir (1973–1975)[3].[4]1975-cildə müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975–2001).[3][2][5] 2001-ci ildən həmin institutun elmi katibidir.[2]
28 may 1987-ci ildə "VIII-X sinif şagirdlərinin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 04 aprel 1995-ci ildə respublika Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 yanvar 1995-ci il tarixli qərarı və akad. A. X. Mirzəcanzadənin 01 fevral 1995-ci il tarixli, 25 №-li əmri ilə yaradılmış B/D 0954.01–06 ixtisaslaşdırılmış müdafiə şurasında "Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılmasına, didaktikanın müasir problemlərinə və s.-ə həsr olunmuşdur.[3] Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor olmuşdur (1992–1998)[2][5]. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən "Təhsil, mədəniyyət, incəsənət" elmi-nəzəri və metodik jurnalın redaktoru olmuşdur (2000–2006).[5] Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Elmi əsərlər"inin baş redaktoru, Bakı Qızlar Universitetinin "Elmi əsərlər"inin redaktorudur.
Ədəbi-pedaqoji fəaliyyətə 1966-cı ildən, Əli Bayramlı şəhərində çıxan "İşıq" qəzetində başlamış, dövri mətbuatda bədii və elmi-kütləvi əsərlərlə çıxış etmişdir. Rus və ingilis dillərindən tərcümələri "Dünya", "Bağban" almanaxlarında, müxtəlif qəzet və jurnallarda çap edilmiş, kitab və kitabçalar kimi işıq üzü görmüşdür. Ümumtəhsil, orta ixtisas və ali məktəblər, eyni zamanda xüsusi məktəblər üçün 15-dən artıq dərslik və dərs vəsaitinin, həmçinin bir sıra fənn proqramının və elmi-metodik əsərlərin müəllifidir.[3]
Rus dilindən azərbaycancaya tərcümə etdiyi birpərdəli pyeslər — M. Bayciyev. Duel(1 sentyabr 1980 (saat 22.30)), Z. Çernışeva. Buzda ehtiyatlı ol(1 dekabr 1980 (saat 22.30)), Q. Kuntsev. İstəkli adamlar üçün hədiyyə(2 fevral 1981 (saat 22.30)), Y. Obuxov. Nənə gələndə(7 fevral 1983), V. Kojevnikov. Səhra(3 yanvar 1983), Y. Ziskind. Uğurlu skamya(4 fevral 1985) respublika radiosunun "Firuzə" tələbə teatrında səslənmişdir. 1986-cı ildə tərcümə etdiyi "Andro və Sandro" pyesi(müəllif: Georgi Xuqayev) 1987-ci ildə respublika radiosunun "Ədəbi-dram verilişləri" redaksiyasında səsləndirilmişdir. Radiotamaşanın rejissoru Həsən Əbluc olmuşdur.[2] Tamaşanı tanınmış Azərbaycan aktyorları səsləndirmişdilər.
Ailəlidir, iki övladı, iki nəvəsi var.
400-dən çox elmi-metodik və bədii əsərin müəllifidir.
… və s. ali və orta məktəblər üçün proqramların, ümumtəhsil, orta ixtisas, ali məktəblər və xüsusi məktəblər üçün dərslik və dərs vəsaitlərinin, həmçinin monoqrafiyaların, tərçümələrin, bədii əsərlərin müəllifidir.
Vikikitabda Akif Abbasov/Biblioqrafiya mövzusuna dair mətn var. |