Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor.[1]
Akif Rüstəmov | |
---|---|
Akif Rüstəm oğlu Rüstəmov | |
Doğum tarixi | 19 dekabr 1939(1939-12-19) (85 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | jurnalistika |
Elmi dərəcəsi | filologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | |
Təhsili |
Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.
Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur.
Akif Rüstəmov 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır.
Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur.
Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir.
Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir. O, Lvov şəhərində (Ukrayna) MDB jurnalistika fakültə rəhbərlərinin elmi konfransında (1992), Hollandiyada Avropa Jurnalistlərinin beynəlxalq seminarında (1995) iştirak etmişdir.
Atası — Rüstəm Qulu oğlu Rüstəmzadə (1906–1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941–1943-cü illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir.
Anası — Gülxar Əliyeva-Rüstəmzadə (1908–16.03.1986) ötən əsrin əvvəllərində "Əbilov adına klub"da təşkil edilən "Savad kursu"nda təhsil almışdır. Ağdam şəhər uşaq bağçasının müdirəsi işləmiş, dövlət ticarət sahəsində çalışmışdır.
Qardaş və bacıları — Sabir bəy, Səlimə xanım, Saimə xanım, Qənirə xanım
Övladları — Azər, Rüstəm, Aygün
Mass medianın hədəf auditoriyası, KİV-in fəaliyyətində auditoriyanın rolu və yeri.