Akonityarpaqlı ampelopsis (lat. Ampelopsis aconitifolia) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinin ampelopsis cinsinə aid bitki növü.
Akonityarpaqlı ampelopsis | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Akonityarpaqlı ampelopsis |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 3 m olan lianadır. Yarpaqları əlvari, növbəli, uzun saplaqlı, sadə və ya mürəkkəbdir, 3–5 hissəyə bölünmüşdür. Çiçəkləri düz, beş, bəzən dörd hissəli, xırda, yaşılımtıldır, uzun saplaqlı salxımlara yığılmışdır. Giləmeyvələri xırda, ağ, açıq- bənövşəyi, narıncı və ya qırmızıdır. Mayda çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. 2–3-cü il yavaş, sonralar isə tez böyüyür. Saçaqlı kök sistemi vardır. Dirəklərə bığcıqların köməkliyi ilə qalxır.
Soyuğa və quraqlığa davamlıdır. Suvarıldıqda yaxşı inkişaf edir.
Respublikanın bəzi bölgələrində mədəni şəraitdə rast gəlinir.
Şaquli yaşıllaşdırmada geniş istifadə edilir.