. Love.az

Alic - Wikipedia - Love.az

Ana Səhifə - Alic

Alıc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar bələdiyyəsinin tərkibindədir[1].

Alıc
41°15′08″ şm. e. 48°28′15″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 382 nəf. (2009)
Xəritəni göstər/gizlə
Alıc xəritədə
Alıc
Alıc

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
  • 3 Təhsil
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Toponimikası

redaktə

Kənd Qaraçayın sahilində yerləşir. Qədim türk dillərində alıs/alış/alıç sözü çoxmənalı olub, "çayın ağzı, mənsəbi; axar suyun hövzəyə tökülən yeri", "soyuq", "uzaq, uzaqda olan"; "düz olmayan, kələ-kötür", "dəyişdirilmiş", "iynəyarpaqlı ağac", "vəhşi heyvan, quş" və s. mənaları ifadə edir. Oykonim "uzaqda olan, ucqar kənd" deməkdir. 1933-cü ildə Quba rayonunun Digah kəndinin adı da Alıc Digah şəklində qeydə alınmışdır.[2]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 382 nəfər əhali yaşayır.[3]

Təhsil

redaktə

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı[4] ilə Quba rayonu Alıc kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır[5].

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629
  4. ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az  (az.)
  5. ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az  (az.)

Həmçinin bax

redaktə
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alıc&oldid=7404485"
LOVE.AZ