. Love.az

Alay Behramov - Wikipedia - Love.az

Ana Səhifə - Alay Behramov

Alay Bəhramov (11 dekabr 1966, Masallı) — Keçmiş azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan Liqasının 1997–98 və 2001–02[1] mövsümunun bombardiri.

Alay Bəhramov
Ümumi məlumatlar
Doğum tarixi 11 dekabr 1966(1966-12-11) (58 yaş)
Doğum yeri
  • Masallı, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  Azərbaycan
Boyu 1.75

Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçular sıralamasında, "Viləş" klubunun heyətində vurduğu 93 qolla, siyahıda futbolçu Nazim Əliyevlə birlikdə 3–4-cü yerləri böluşdurur.[2]

Karyerası

redaktə

Karyerasına Lənkəranın "Xəzər" komandasında başlayıb. 1989-cu ildə futbol üzrə SSRİ çempionaının ikinci dvizionun 9-cu qrupunda yarışan "Xəzər"in heyətində 32 oyunda meydana çıxaraq 2 qol vurur.[3]

1990-cı ildə Masallının "Viləş" komandasına keçir. "Viləş"in heyəində 11 il çıxış edir. Bu müddətdə 250-dən çox oyunda meydana çıxır və 112 qol vurur. 1997–98 mövsümundə Azərbaycan Çempionatının bombardiri olur.

2001-ci ilin yayında "Şəmkir" klubuna keçir. "Şəmkir"də bir mövsüm oynayaraq 23 oyunda meydana çıxır və 15 qol vuraraq Azərbaycan çempionatının 2001–02 mövsümunun bombardiri olur.[4]

İstinadlar

redaktə
  1. ↑ Ölkə futbolunda yarananan qalmaqala görə çempionat yarımçıq dayandırılır. Bu hadisələrə görə bombardir olaraq Kənan Kərimov və Dmitri Kudinov qəbul edilir.
  2. ↑ Peşəkar Futbol Liqası. "Azərbaycanda bir komandada ən çox qol vuran futbolçu kimdir?" (az.). 8 yanvar 2023. 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.
  3. ↑ "Бахрамов Алай" (rus). 8 yanvar 2023. 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.
  4. ↑ PFL. "Bombardirlər" (az.). 8 yanvar 2023. 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alay_Bəhramov&oldid=7568587"
LOVE.AZ