Albert Səlimov (5 aprel 1986[1], Kaspiysk, Dağıstan MSSR[1]) — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu, Dünya və Avropa Çempionatlarının, həmçinin Avropa Oyunlarının qalibi.[2] Milliyətcə ləzgidir.[3]
Albert Səlimov | ||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() Albert Səlimov 2016-cı il Rio-de-Janeyro Olimpiadasında | ||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||
Tam adı | Albert Şöhrətoviç Səlimov | |||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
![]() ![]() |
|||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 aprel 1986(1986-04-05)[1] (39 yaş) | |||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||
Təhsili | ||||||||||||||||||||||||||||||||
Boyu | 170 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||||||||
İdman növü | Boks | |||||||||||||||||||||||||||||||
Məşqçisi | Nuripaşa Talıbov | |||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||
![]() |
Albert Səlimov 2006-cı ilin iyulunda Bolqarıstanın Plovdiv şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[4] Finala gedən yolda bütün rəqibləri üzərində qələbə qazanan Albert Səlimovun final görüşündə rəqibi Azərbaycan nümayəndəsi Şahin İmranov oldu.[4] Həmin görüşdə Albert Səlimov rəqibinə 28:10 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu.[4] Bir il sonra, 2007-ci ildə Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatında da Albert Səlimov bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qızıl medalına sahib oldu.[5]
Son Dünya və Avropa Çempionatının qalibi olan Albert Səlimov 2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı.[6] Turnirin təsnifat mərhələsində Albert Səlimov Ukrayna nümayəndəsi Vasili Lomaçenhoya məğlub oldu (8:14) və mübarizəsini uğursuz başa vurdu.[6]
Olimpiadadan sonra Albert Səlimovun birinci turniri 2009-cu ilin sentyabrında İtaliyanın Milan şəhərində baş tutan Dünya Çempionatı oldu.[7] Həmin turnirdə Albert Səlimov yarım-final mərhələsinə məğlub olaraq Dünya Çempionatının bürünc medalına sahib oldu.[7] 2010-cu ildə Albert Səlimov Rusiyada baş tutan Avropa Çempionatının qalibi oldu.[8]
2011-ci il isə Albert Səlimov üçün bir mövsüm oldu. İyunda Avropa Çempionatında mübarizə aparmayan Albert Səlimov sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatında birinci görüşündəcə turnirdən uzaqlaşdırıldı.[9] Bundan sonra Albert Səlimov tədricən Rusiya yığmasının heyətində "bir nömrə" adını itirdi. 2015-ci ildə Albert Səlimov Azərbaycan yığmasının heyətinə cəlb edildi. Albert Səlimov həm də bir müddət WSB-də çıxış edən "BAKU Fires"da mübarizə apardı.
2015-ci ilin iyununda Albert Səlimov Azərbaycan bayrağı altında Birinci Avropa Oyunlarında mübarizə apardı.[10] Kişilərin 60 Kq. turnirində çıxış edən Albert Səlimov turnirin 1/8 final mərhələsində Gürcüstan nümayəndəsi Otar Eranosyan ilə üz-üzə gəldi.[10] İyunun 20-də baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və turnirin 1/4 final mərhələsinə adladı.[10] Bu mərhələdə onun rəqibi Bolqarıstan nümayəndəsi Elian Dimitrov oldu.[10] Bu görüşdə də Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[10] Finala gedən yolda onun rəqibi İrlandiya nümayəndəsi Sean Komb oldu.[10] İyunun 26-da baş tutan həmin görüşdə Albert Səlimov rəqibi üzərində qələbə qazandı (3:0) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[10] Həlledici görüşdə isə onun rəqibi Fransa nümayəndəsi Sofian Oumiha oldu.[10] İyunun 27-də baş tutan final görüşündə Albert Səlimov rəqibinə qalib gəldi (3:0) və Birinci Avropa Oyunlarının qalibi oldu.[10]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən Birinci Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Albert Şöhrətoviç Səlimov "Şöhrət" ordeni ilə təltif edildi.[11]
2015-ci ilin əsas turniri Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatı oldu.[12] Dörd ildən sonra Dünya Çempionatında çıxış edən Albert Səlimov turnirin final görüşündə Kuba nümayəndəsi Lazaro Alvareza məğlub oldu və Dünya Çempionatını gümüş medalla başa vurdu.[12]
Albert Səlimov 2016-cı ilin avqustunda Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunarında təmsil etdi.[13] Təsnifat mərhələsindən azad olan Albert Səlimov olimpiadanın 1/8 final mərhələsində İrlandiya nümayəndəsi Devid Coyze ilə üz-üzə gəldi.[13] Avqustun 9-da baş tutan görüşdə Albert Səlimov rəqibi üzərində 3:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə vəsiqə qazandı.[13] Yarım-finala gedən yolda onun rəqibi Fransa nümayəndəsi Sofian Umiha oldu.[13] Albert Səlimov həmin rəqibinə 2015-ci il ərzində həm Avropa Oyunlarında, həm də Dünya Çempionatında qalib gəlmişdi.[13] Bu səfər də görüşün favoriti Albert Səlimov hesab olunurdu.[13] Avqustun 12-də baş tutan görüşdə Albert Səlimov gözlənilmədən rəqibinə 0:3 hesabı ilə məğlub oldu.[13] Medalın bir addımlığında mübarizəsini dayandıran Albert Səlimov nəticədə Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.[13]
Albert Səlimov 2016-cı ildə idmanla vidalaşdı.
Avropa Çempionatı | Bolqarıstan | |||
Dünya Çempionatı | ABŞ | |||
Olimpiya Oyunları | Çin | |||
Dünya Çempionatı | İtaliya | |||
Avropa Çempionatı | Rusiya | |||
Dünya Çempionatı | Azərbaycan | |||
Avropa Oyunları | Azərbaycan | |||
Dünya Çempionatı | Qətər | |||
Olimpiya Oyunları | Braziliya |