. Love.az

Alesandre Pato - Wikipedia - Love.az

Ana Səhifə - Alesandre Pato

Aleşandre Rodrigez da Silva (2 sentyabr 1989[1][2]) — Braziliyalı peşəkar futbolçu. Adətən Aleşandre Pato (ˈpatu) və ya sadəcə Pato kimi tanınır. Hal-hazırda Braziliya Serie A -da Sao Paulo klubunda çıxış edir.

Aleşandre Pato
port. Alexandre حلبروا
Ümumi məlumatlar
Ləqəbi Pato
Doğum tarixi 2 sentyabr 1989(1989-09-02)[1][2] (35 yaş)
Vətəndaşlığı
  •  Braziliya
Boyu 180 sm
Çəkisi 77 kq
Mövqeyi hücumçu
Karyerası
2013–2016 Korintians 30 (9)
2007–2013 A.C. Milan 117 (51)
2014–2015 →  San Paulo 59 (19)
2016–2016 →  Çelsi FK 2 (1)
2008–2013 Braziliya milli futbol komandası 28 (10)
2016–2017 Vilyarreal 14 (2)
2019–2020 San Paulo 20 (5)
2023–2023 San Paulo 9 (2)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Karyerası
  • 2 Karyera statistikası
    • 2.1 Klub
  • 3 Uğurları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Karyerası

redaktə

Pato karyerasına 2000-ci ildə "İnternasional" klubunun uşaq komandasında başlamış, 2006-cı ildə 16 yaşında klubun əsas komandasında debüt etmişdir. O, klubda ilk mövsümundə 27 oyunda 12 qol vurur və kluba 2006 FIFA Klublararası Dünya Kubokunu qazanmasına kömək edir. 2007-ci ilin avqustunda İtaliyanın "Milan" klubu ilə müqavilə imzalayır. 2009-cu ildə "Milan"ın heyətində bütün yarışlarda 42 matçda 18 qol vurur və bu, ona həm Qızıl Oğlan, həm də A Seriyasında İlin Gənc Futbolçusu mükafatlarını qazandırır. 2010–11 mövsümündə "Milan"a A Seriyasını qazanmağa kömək edən futbolçu, 25 oyunda 14 qolla klubun şərikli bombardiri olur. 2013-cü ilin yanvarında Braziliyaya qayıdan Pato "Korintians" klubu ilə müqavilə imzalayır. 2014-cü ildə Pato iki illik icarə müqaviləsi əsasında "San Paulo"ya keçir. Yeni klubunda 95 oyun keçirdir və 38 qol vurur. 2016-cı ilin yanvarında Pato icarə əsasında İngiltərə Premyer Liqasında yarışan "Çelsi" klubuna keçir və həmin ilin sonunda İspaniyanın "Vilyarreal" klubuna transfer olunur. 2017-ci ildə Çinin " Tianjin Tianhai" klubu ilə müqavilə imzalayır. Futbolçu 2019-cu ildə "San Paulo"ya qayıdır.

Karyera statistikası

redaktə

Klub

redaktə
5 Mart 2022 tarixində yenilənib[3]
Klub, mövsüm və çempionata görə, oyun və qol sayı.
Komanda Mövsum Liqa Ştat Çempionatı Ölkə Kuboku Beynəlxalq Digər Toplam
Divizion Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Internasional 2006 Seria A 1 1 0 0 0 0 0 0 2 1 3 2
2007 Seria A 9 5 8 1 0 0 5 2 2 2 24 10
Toplam 10 6 8 1 0 0 5 2 4 3 27 12
AC Milan 2007–08 A Seriyası 18 9 — 0 0 2 0 — 20 9
2008–09 A Seriyası 36 15 — 0 0 6 3 — 42 18
2009–10 A Seriyası 23 12 — 0 0 7 2 — 30 14
2010–11 A Seriyası 25 14 — 3 2 5 0 — 33 16
2011–12 A Seriyası 11 1 — 1 1 5 2 1 0 18 4
2012–13 A Seriyası 4 0 — 0 0 3 2 — 7 2
Toplam 117 51 — 4 3 28 9 1 0 150 63
Korintians 2013 Seria A 30 9 14 5 4 1 8 2 1 0 57 17
2014 Seria A — 5 0 — — — 5 0
Toplam 30 9 19 5 4 1 8 2 1 0 62 17
San Paulu (icarə) 2014 Seria A 29 9 0 0 6 2 4 1 — 39 12
2015 Seria A 33 10 14 8 6 5 6 3 — 59 26
Toplam 62 19 14 8 12 7 10 4 — 98 38
Çelsi (icarə) 2015–16 Premyer Liqa 2 1 — 0 0 0 0 — 2 1
Villarreal 2016–17 La Liqa 14 2 — 3 1 7 3 — 24 6
Tianjin Quanjian 2017 CSL 24 15 — 2 2 — — 26 17
2018 CSL 23 15 — 0 0 11 4 — 34 19
Toplam 47 30 — 2 2 11 4 — 60 36
San Paulu 2019 Seria A 20 5 0 0 2 0 — — 22 5
2020 Seria A 0 0 11 3 0 0 2 1 — 13 4
Toplam 20 5 11 3 2 0 2 1 — 35 9
Orlando Siti 2021 MLS 4 0 — — — 1 0 5 0
2022 MLS 2 1 — 0 0 — 0 0 2 1
Toplam 6 1 — 0 0 — 1 0 7 1
Karyerasında toplam 308 124 52 17 27 14 71 25 7 3 465 183
Milli komanda və il üzrə görünüşlər və qollar[4]
Milli komanda il Oyun Qol
Braziliya 2008 1 1
2009 4 0
2010 3 3
2011 7 2
2012 4 3
2013 5 1
Ümumi 27 10

Uğurları

redaktə

Beynəlxalq

  • FIFA Klublararası Dünya Çempionatı: 2006
  • Recopa Sudamericana: 2007

AC Milan

  • A Seriyası: 2010–11
  • İtaliya Superkuboku: 2011

Korintians

  • Campeonato Paulista: 2013
  • Recopa Sudamericana: 2013

Braziliya U20

  • Cənubi Amerika Gənclər Futbol Çempionatı: 2007

Braziliya U23

  • Olimpiya gümüş medalı: 2012
  • Olimpiya bürünc medalı: 2008

Braziliya

  • FIFA Konfederasiyalar Kuboku: 2009

Fərdi

  • 20 yaşadək futbolçular arasında Braziliya çempionatının bombardiri: 2006
  • Braziliya U-20 Çempionatının Ən Dəyərli Oyunçusu: 2006
  • Sendai Kubokunun ən yaxşı bombardiri: 2006
  • Sendai Cup Ən Dəyərli Oyunçu: 2006
  • A Seriyasında Ayın Oyunçusu: yanvar 2009
  • Qızıl Oğlan Mükafatı: 2009
  • A Seriyasında İlin Gənc Futbolçusu: 2009
  • AC Milan Şöhrət Zalı

İstinadlar

redaktə
  1. ↑ 1 2 ALEXANDRE PATO rodrigues da silva // Argentine Soccer Database (isp.).
  2. ↑ 1 2 Alexandre Pato // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
  3. ↑ "Alexandre Pato". Soccerway. Global Sports Media. 16 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2019.
  4. ↑ "Aleşandre Pato". National Football Teams. İstifadə tarixi: 12 August 2010.

2. https://www.transfermarkt.com.tr/alexandre-pato/profil/spieler/37579

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aleşandre_Pato&oldid=7720145"
LOVE.AZ