. Love.az

Alek Con Sac - Wikipedia - Love.az

Ana Səhifə - Alek Con Sac

Alek Con Saç (ing. Alec John Such; 14 noyabr 1951[1], Yonkers[d], Nyu-York ştatı – 5 iyun 2022[2]) — Bon Jovi qrupunun 1983–1994 illəri arasındakı bas gitaristidir. Alek Con Saç, 1994-cü ildə qrupdan öz istəyi ilə ayrılmış və o tarixdən etibarən Bon Jovi üzvləri, qrupa "rəsmi" bir bas gitarist dəvət etmədilər. Con Bon Covi, veridiyi bir reportajda "Alek hər zaman Bon Jovi qrupunun bir üzvüdür. Nə zaman istəsə geri gəlmə hüququna malikdir, buna görə onun yerini ayrı tutmaq üçün rəsmi bir üzvü qrupumuza daxil etmədik" demişdir.

Alek Con Saç
Alec John Such
Ümumi məlumatlar
Doğum adı Alec John Such
Doğum tarixi 14 noyabr 1951(1951-11-14)[1]
Doğum yeri
  • Yonkers[d], Vestçester[d], Nyu-York ştatı, ABŞ
Vəfat tarixi 5 iyun 2022(2022-06-05)[2] (70 yaşında)
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi
Fəaliyyət illəri 1983-1994
Janr Rok
Musiqi aləti bas-gitara
Əlaqəsi Bon Jovi
Üzvlüyü
  • Bon Jovi (1983–1994)

Albom və konsert hazırlığında Bon Jovi, bas gitarist olaraq Hugh McDonald ilə işləmişdir. Ancaq "rəsmi" bir üzv kimi heç vaxt qəbul edilməmişdir. Bu səbəbdəndir ki, foto çəkilişləri və kliplərdə Hugh McDonald'ın üzünə demək olar ki, heç rastlanılmır. Alek Con Saç eyni zamanda fəal olaraq Nyu-Yorkda bir motosiklet mağazası işlədir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Alec John Such // Discogs (ing.). 2000.
  2. ↑ 1 2 https://variety.com/2022/music/news/alec-john-such-bon-jovi-bassist-dead-1235285223/.

Xarici keçidlər

redaktə
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alek_Con_Saç&oldid=6476442"
LOVE.AZ