. Love.az

Aleksandr Cayanov - Wikipedia - Love.az

Ana Səhifə - Aleksandr Cayanov

Çayanov Aleksandr Vasilyeviç (29 yanvar 1888[1][2], Moskva – 3 oktyabr 1937[1][2], Almatı) – şair və yazıçı, rus iqtisadçısı, kənd təsərrüfatı mütəxəssisidir.

Aleksandr Çayanov
Doğum tarixi 29 yanvar 1888(1888-01-29)[1][2]
Doğum yeri
  • Moskva, Moskva quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 3 oktyabr 1937(1937-10-03)[1][2] (49 yaşında)
Vəfat yeri
  • Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ
Təhsili
  • K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası[d]
Fəaliyyəti iqtisadçı, antropoloq, tarixçi, sosioloq, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İqtisadi fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

1911-ci ildə Moskva Kənd təsərrüfatı institutunu bitirərkən 18 məqalənin müəllifi olub.

1919-cu ildə Xalq torpaq komissarlığında işləyib. Kəndli əmək təsərrüfatları nəzəriyyəsi, kooperasiya, istehsalın yerləşdirilməsi nəzəriyyəsi, aqronomluq onun tədqiqatının əsas istiqamətləridir. O, kooperativ hərəkatının inkişafına böyük fikir verib. Çayanov sübut etmişdi ki, kənd təsərrüfatının effektiv inkişafı böyük olmayan ailə-əmək təsərrüfatlarının fəaliyyəti nəticəsində əldə edilir.

İqtisadi fəaliyyəti

redaktə

Rus iqtisadçısı və eyni zamanda şair və yazıçı kimi də məşhurlaşmış Aleksandr Vasilyeviç Çayanov ensiklopedik təfəkkürlü tanınmış alimlərdən olmuşdur. Kooperasiya ideyalarının davamlı təmsilçisi A.V.Çayanov həm də rus-sovet elitasının 1937-ci il qurbanlarındandır. Onun müvafiq istiqamətdə əsas elmi araşdırma və tədqiqatları "Kəndli təsərrüfatının təşkili", "Kooperasiyanın qısa kursu", "Kənd təsərrüfatı kooperasiyasının başlıca formaları və ideyaları" əsərləri təşkil edir. A. Çayanovun nəzəriyyəsi konseptual istiqamətlərini təşkilati planlılıq və müəssisənin istehsal xərclərinin ölçülərində təcəssüm olunan diferensial optimumları ehtiva edir. Adminstrativ kolxoz formasının əlehidarı kimi çıxış edən A.Çayanov daha sərfəli sovxoz modelinə üstünlük verirdi. Alimin fikrincə burada mexaniki texnikanı və aqrar elminin nailiyyətlərini daha asan və mükəmməl tətbiq etməsəbəblərdən də siyasi rəhbərlik A.Çayanovun plan və proqramlarına qəzərepresiyaya məruz qoymuşdur.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Alexandre Chayanov // Babelio (fr.). 2007.
  2. ↑ 1 2 3 4 ЧАЯНОВ Александр Васильевич // Русская литература XX века. Прозаики, поэты, драматурги (rus.). / под ред. Н. Н. Скатов 2005. С. 634–636. ISBN 5-94848-307-X

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  • Видеолекция Теодора Шанина об Александре Чаянове на сайте Руниверс
  • Чаянов Александр Васильевич.
  • Lib.Ru: Чаянов Александр Васильевич: Проза.
  • Сайт, посвящённый творчеству Чаянова А. В. Arxivləşdirilib 2010-07-03 at the Wayback Machine.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aleksandr_Çayanov&oldid=8116777"
LOVE.AZ