Aleksandr İpsilanti (yun. Αλέξανδρος Υψηλάντης; Tom: Aleksandros İpsilantis, 12 dekabr 1792[1][2], Konstantinopol – 31 yanvar 1828[1][2], Vyana) — Yunan komandir. O, Yunanıstanın milli qəhrəmanı hesab olunur. Fənərli yunan ailəsi olan İpsilanti ailəsinin üzvü olmuşdur. Onu 1725-1805-ci illər arasında yaşamış eyniadlı babası ilə səhv salınmamalıdır.
Aleksandr İpsilanti | |
---|---|
yun. Αλέξανδρος Υψηλάντης rum. Alexandru Ipsilanti | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 dekabr 1792(1792-12-12)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar 1828(1828-01-31)[1][2] (35 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Konstantin İpsilanti |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() |
![]() |
|
![]() |
Aleksandr İpsilanti 1792-ci ildə İstanbulda anadan olmuşdur. Atası Moldova hakimi olan Konstantin İpsilanti idi. Onun atası Osmanlı imperiyası tərəfindən 1805-ci ildə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Rusiyanın paytaxtı Sankt-Peterburqa qaçmış və bu zaman oğlu Aleksandrı da özü ilə aparmışdır. Çar Rusiyası ordusunda xidmət etmiş Aleksandr İpsilanti Napoleon Bonapartın ordularına qarşı Rusiyanı müdafiə etmişdir. 1817-ci ildə o, rus ordusunda mayor rütbəsinə yüksəlmişdir.
1820-ci ildə Aleksandr İpsilanti Balkan yarımadasının Osmanlı imperiyasının işğalından azad edilməsi ideyasını müdafiə edən Filiki Eteriya təşkilatının prezidenti seçilmişdir. 1821-ci ildə Aleksandr İpsilantinin rəhbərlik etdiyi Filiki Eteriya təşkilatı Valaxiyada Osmanlı imperiyasına qarşı üsyan qaldırmış rumıniyalı Todor Vladimiresku ilə əməkdaşlıq etmişdir. Lakin Osmanlı imperiyası bu üsyanı yatırdıqdan sonra Vladimiresku ilə Aleksandr İpsilanti arasında münaqişə baş vermişdir. Vladimiresku Filiki Eteriya tərəfindən işgəncələr ilə öldürülmüşdür. Aleksandr İpsilantinin rəhbərliyi altında olan Filiki Eteriya orduları 19 iyun 1821-ci ildə Draqaşani şəhəri yaxınlığında Osmanlı ordusu tərəfindən məğlub edilərək darmadağın edilmişdir. Aleksandr İpsilanti qardaşı Nikolay ilə bərabər qaçaraq Avstriyaya sığınmışdır. Lakin Avstriya Aleksandr İpsilantiyə öz ərazisində Osmanlı imperiyasına qarşı mübarizə aparmağa icazə verməmişdir. 7 illik həbsxana həyatından sonra rus çarı I Nikolayın təkidi ilə sərbəst buraxılmış və Vyanaya getməsinə icazə verilmişdir. 31 yanvar 1828-ci ildə yoxsulluq içərisində vəfat etmiş və Vyanada dəfn edilmişdir. 136 ildən sonra — 1964-cü ildə məzarı Afinaya köçürülmüşdür. Müasir dövrdə Aleksandr İpsilanti Yunanıstanın müstəqilliyinə verdiyi əvəzsiz töhfələrinə görə yunanlar tərəfindən milli qəhrəman hesab olunur.