Aleksandra Şevçenko (ukr. Олександра Шевченко ; 24 aprel 1988, Xmelnitskiy)[1][2][3] — Ukraynalı feminist, fəal. Femen beynəlxalq qadın hərəkatının həmtəsisçilərindən biri. O, patriarxata, diktatura, din və seks-industriyaya qarşı etiraz mitinqlərində yarıçılpaq geyimi ilə diqqət çəkir.[4][5]
Aleksandra Şevçenko | |
---|---|
ukr. Олександра Шевченко | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 aprel 1988(1988-04-24) (37 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | insan hüquqları fəalı, qadın hüquqları fəalı[d] |
![]() |
2013-cü ildə Aleksandra Şevçenko Fransadan siyasi sığınacaq alıb. Hazırda o, Parisdə FEMEN France təşkilatının fəal üzvüdür.[6]
Aleksandra Şevçenko 24 aprel 1988-ci ildə Ukrayna SSR-in Xmelnitski şəhərində anadan olub.
10 aprel 2008-ci ildə Anna Qutsol Xmelnitskidən olan iki dostu Aleksandra Şevçenko və Oksana Şaçko ilə birlikdə Kiyevdə Ukraynanın qeydiyyatdan keçməmiş Femen qadın hərəkatının əsasını qoydular. Onların hərəkatı yaratmaqda ilk məqsədləri qadın tələbələrə qarşı olan ayrı-seçkiliyə etiraz etmək idi. Lakin onlar tədricən ukraynalı qadınların cinsi istismarına qarşı mübarizəyə keçdilər. Mübarizənin əsas etiraz forması kimi dinc aksiyalar keçirmək qərara alındı. Qrup etiraz aksiyalarına cəmiyyətin daha çox diqqətini cəlb etmək yollarını axtarmağa başladı. Hərəkat 23 may 2009-cu ildə Kiyevdə fahişəliyə qarşı mitinqdə “Ukrayna fahişəxana deyil”[7][8] şüarı ilə diqqət çəkib.[9] 2009-cu ilin avqust ayının sonunda Femen həmtəsisçisi Oksana Şaçko sinəsini geyimsiz göstərən qrupun ilk üzvü oldu. Femendə etirazın etikasına dair müzakirələrdə bir çox üzvlər əvvəlcə bu cür taktikaların əleyhinə çıxış edib, lakin sonra onun effektivliyinə əmin olaraq razılaşıblar.[10] 2010-cu ildən başlayaraq yarıçılpaq etirazlar femen nümayişlərində adi taktikaya çevrilib.[11]
2011-ci ilin sonunda Aleksandra Şevçenko İnna Şevçenko və Yevgeniya Krayzmanla birlikdə beynəlxalq səviyyədə aksiya keçirmək qərarına gəldilər.[12][13]
31 oktyabr 2011-ci ildə onlar Beynəlxalq Valyuta Fondunun sədri Dominik Strauss-Kana,[14] 5 noyabr 2011-ci ildə Romada Silvio Berluskoniyə,[15] ertəsi gün Vatikanda Papaya,[16] 10 noyabr 2011-ci ildə Sürixdə fahişəliyə qarşı etiraz etdilər.[17] Aleksandra Şevçenko 2011-ci il dekabrın 9-da Moskvada Xilaskar Məsihin Katedralində Vladimir Putinə qarşı etiraz aksiyasında iştirak edib.[18]
2013-cü ildə Aleksandra Şevçenko Berlində FEMEN təlim mərkəzini açıb. 9 fevral 2013-cü ildə Berlin Film Festivalında çılpaq sinəsinə “Stop Cutting Cutting My Pussy” sözləri yazılmış qadın sünnətinə etiraz edib. 6 mart 2013-cü ildə FEMEN fəalları fransız yazıçısı Qalya Akermanla əməkdaşlıq edərək, fransız dilində “FEMEN” adlı ilk kitablarını nəşr ediblər.[19]
Aleksandra Şevçenko Ukraynada ona göstərilən təzyiq səbəbindən vətənini tərk etmək məcburiyyətində qalıb. O, 2013-cü ilin avqustunda Fransadan siyasi sığınacaq alıb.[20][21][22]
2014-cü ildə Sevastopoldan olan fotojurnalist Dmitri Kostyukovla nigaha girib. Onlar 2013-cü ildə "New York Times" üçün FEMEN haqqında məqalə üzərində işləyərkən tanış olublar.[24] Bu nihgahdan Aleksandra Şevçenkonun Tim adlı bir oğlu var.[25] Hazırda Aleksandra Şevçenko ailəsi ilə birlikdə Parisdə yaşayır.
Vikianbarda Aleksandra Şevçenko ilə əlaqəli mediafayllar var. |