. Love.az

Alfred De Musse - Wikipedia - Love.az

Ana Səhifə - Alfred De Musse

Alfred de Müsse (fr. Alfred de Musset; d. 11 dekabr 1810, Paris, Fransa – ö. 2 may 1857, Paris, Fransa) — fransız yazıçısı, şairi, dramaturqu. Fransa Akademiyasının üzvü (1852).

Alfred de Müsse
fr. Alfred de Musset
Doğum adı Louis-Charles-Alfred de Musset-Pathay
Doğum tarixi 11 dekabr 1810
Doğum yeri Paris, Fransa
Vəfat tarixi 2 may 1857 (46 yaşında)
Vəfat yeri Paris, Fransa
Vəfat səbəbi sifilis
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı[1][2][…]
Milliyyəti fransız
Təhsili
  • IV Henri Liseyi[d]
Fəaliyyəti yazıçı, şair, dramaturq
Fəaliyyət illəri 1826-cı ildən
Əsərlərinin dili fransız dili
İstiqamət romantizm
Üzvlüyü
  • Fransa Akademiyası (1852–1857)[3]
Mükafatları "Fəxri legion" ordeni kavaleri (Fransa)
İmza
Vikimənbənin loqosu Alfred de Müsse Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat
  • 5 Xarici keçidlər

Həyatı

redaktə
 
Alfred de Müssenin büstü
2013-cü il

Alfred de Müsse 11 dekabr 1810-cu ildə Fransanın Paris şəhərində anadan olmuşdur[4].

Alfred de Müsse 2 may 1857-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir[4].

Yaradıcılığı

redaktə

Məşhur "Gecələr", "May", "Dekabr", "Avqust", "Oktyabr" (1835–1837) poemalarında tənhalıq və kədər motivləri güclüdür.

Alfred de Müsse romantik teatrın yaradıcılarındandır. "Mariannanın şıltaqlığı" (1833), "Lorentsaçço" (1834), "Şamdan" (1835) dramları vardır. Pyesləri ilk dəfə Rusiyada tamaşaya qoyulmuşdur. "Əsrin övladının etirafı" (1836) romanı Avropa nəsrində əhəmiyyətli yer tutur.

"May gecəsi" şeirini Abbas Səhhət Azərbaycan dilinə tərcümə etmişdir.

İstinadlar

redaktə
  1. ↑ Jouin H. La sculpture dans les cimetières de Paris (fr.). // Nouvelles archives de l’art français 1897. Vol. 3e série, tome 13. P. 106. ISSN 0994-8066; 2419-2465
  2. ↑ Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 260.
  3. ↑ Fransa Akademiyası. 1635.
  4. ↑ 1 2 Ю.Данилин. "Альфред де Мюссе". Литературная энциклопедия, Т.7. (rus). feb-web.ru. 1934. 2013-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.

Ədəbiyyat

redaktə
  • Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.132

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alfred_de_Müsse&oldid=6625719"
LOVE.AZ