. Love.az

Ali Texnologiya Kollecleri - Wikipedia - Love.az

Ana Səhifə - Ali Texnologiya Kollecleri

Ali Texnologiya Kollecləri (ərəb. كليّات التقنيّة العليا‎) — Birləşmiş Ərəb Əmirliklərində yerləşən dövlət ali təhsil müəssisəsi.[1] Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Zayed Universiteti ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir.[1]

Ali Texnologiya Kollecləri
Əsası qoyulub 1988
Tip Dövlət
Tələbə sayı 22,000
Ölkə
  •  BƏƏ
Sayt hct.ac.ae
24°30′ şm. e. 54°30′ ş. u.HGYO
Xəritə

Mündəricat

  • 1 Tarixi
  • 2 Fəaliyyəti
  • 3 Kampusları
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

Ali Texnologiya Kollecləri əsası 1988-ci ildə[1] 2 nömrəli Federal Qanuna əsasən qoyulmuşdur.[2]

Fəaliyyəti

redaktə

Ali Texnologiya Kollecləri hazırda ölkənin bütün əmirliklərini əhatə edən 16 tədris binasında 80 proqram üzrə bakalavr və magistratura təhsili verir.[1]

 
Kitabxanalarından biri

Ümumilikdə 22.000 nəfərin təhsil aldığı bu kolleclər ölkənin ən böyük ali təhsil müəssisəsi hesab edilir. Kolleclərin tələbə kontingentinin 10.000 nəfərdən çoxu qızlardan ibarətdir.[1]

Ali Texnologiya Kolleclərinin nəzdində fəaliyyət göstərən Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzində texniki peşə təhsili və tətbiqi texnologiya üzrə təlim kursları həyata keçirilir.[1] Mərkəz çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.[1] Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzi texniki peşə təhsili və tətbiqi texnologiya üzrə Orta Şərqin ən böyük özəl təhsil müəssisəsi hesab olunur.[1]

Kampusları

redaktə

Ali Texnologiya Kolleclərinin kampusları da kollec adı ilə fəaliyyət göstərir ki, bunlar da aşağıdakılardır:

  • Əbu-Dabi Kişi Kolleci;
  • Əbu-Dabi Qadın Kolleci;
  • Əl-Ayn Kişi Kolleci;
  • Əl-Ayn Qadın Kolleci;
  • Dubay Kişi Kolleci;
  • Dubay Qadın Kolleci;
  • Fuceyrah Kişi Kolleci;
  • Fuceyrah Qadın Kolleci;
  • Ras əl-Xayma Kişi Kolleci;
  • Ras əl-Xayma Qadın Kolleci;
  • Şarcah Ali Texnologiya Kolleci;
  • Mədinət Zayed və Ruveys Kolleci.

Həmçinin bax

redaktə
  "Universitet" portalı

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38.  (az.)
  2. ↑ 1988 Federal Law No 2 Arxivləşdirilib 2012-03-31 at the Wayback Machine. hct.ac.ae  (ing.)

Xarici keçidlər

redaktə
  • hct.ac.ae — rəsmi saytı
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
   Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ali_Texnologiya_Kollecləri&oldid=7407475"
LOVE.AZ