Alisa xəyal güzgüsündə (ing. Through the Looking-Glass, and What Alice Found There; "Xəyal güzgüsündə, və Alisa orada nə tapdı") — uşaq kitabı ingilis riyaziyyatçısı və yazıçısı Luis Kerrollun 1871-ci ildə yazdığı "Alisa möcüzələr ölkəsində" kitabının davamı. Bu halda olsun ki, Alisanın eyni adda bir yox iki prototipi var: yazıçının tanışı Alisa Liddell (rus.) və onun uzaq qohumu Alisa Reyks (Alice Raikes)[2].
Alisa xəyal güzgüsündə | |
---|---|
ing. Through the Looking-Glass, and What Alice Found There | |
![]() | |
Janr | fantaziya |
Müəllif | Luis Kerroll[1] |
Orijinal dili | ingilis dili |
Nəşr ili | 1871 |
Nəşriyyat | Macmillan Publishers |
Əvvəlki | Alisa möcüzələr ölkəsində |
![]() |
Balaca qız Alisa güzgünün içərisindən keçir və güzgünün arxasında şahmat taxtasından ibarət olan dünyaya düşür. Kitabda öncədən şahmat diaqramı (rus.), şahmat notasiyasının (rus.) elementlərindən istifadə edilən süjet və ağ və qara fiqurlar kimi təqdim olunan personajların siyahısı verilir. Güzgü arxasındakı otaqdan Alisa danışan çiçəklərin (rus.) güzgü arxası bağına düşür. Burada O, Qara Şahzadə ilə qarşılaşır və Ağ Piyadaya çevrilir. Daha sonra o qatarla 3-cü xananı keçir və bütün adların yox olduğu meşəyə çatır. Orada Trulala və Tralala əkizlərindən öyrənir ki, bütün baş verənlər Qara Padşahın yuxusudur. O Bəstəboy-gombul (rus.) dönmüş halda dükkanda yumurta alarkən Ağ Şahzadə ilə tanış olur. Bundan sonra o yeni meşəyə gəlir və şirlə təkbuynuzun döyüşünə şahid olur. Qara Cəngavərə əsir düşmək üzrəykən Ağ Cəngavər tərəfindən xilas olunur. Sonra O, 8-ci xanaya daxil olur və şahzadəyə çevrilir. Sonda isə onun səyahətinin bir yuxu olduğu aydın olur.
Əsasən süni sözlərdən ibarət olan şeir rus dilində Dina Arlovskayanın (rus.) tərcüməsində, "Alisa xəyal güzgüsündə" cizgi filmi sayəsində "Barmaglot" (rus.) adıyla daha yaxşı tanınır; Bu versiyadan əlavə, eyni dərəcədə maraqlı başqa tərcümələr də var[4][5].
"Barmaglot", bəlkə də dilin bütün qanunlarına riayət etməklə mövcud olmayan sözlərin dilə daxil edilməsi üçün edilən ən məşhur cəhddir. İlk bənd, demək olar ki, tamamilə mövcud olmayan sözlərdən ibarətdir.
Tenniel kliklərin kəsildiyi taxta çap lövhələrə illüstrasiyalar çəkdi. Lövhələrin kəsimi ilə o dövrdə Londonun ən yaxşı oymaçılarından birini — Edvard Delzel məşğul idi. O rəssama, lövhələri möhürlə korlamamağı, onlardan galvanoplastik tökmələr düzəltməyi tövsiyə etdi. Tenniel onun məsləhətinə əməl etdi, ancaq lövhələri yalnız son izlərin keyfiyyətində güclü pisləşmə səbəbindən xilas etmək mümkün oldu. Nə Tenniel, nə də Kerroll ortaya çıxan təsvirləri bəyənmədilər. Məhz bu səbəbdən kitabın ilk nəşri məhv oldu. Yalnız ikinci nəşr satışa çıxarıldı. Bu nəşrin illüstrasiyaları yeni nüsxələrdən istifadə etməklə hazırlanmışdı. Heç bir oymanın çap olunmadığı əvvəlki lövhələr isə Macmillan Nəşriyyat Evinin arxivlərinə göndərildi. Onlar 1985-ci ildə təsadüfən tapılıb ortaya çıxarıldı[6].
Rocer Jelyaznının "Kəhrəba krallığının salnamələri" (rus.) kitabında narkotikadan sərxoş olan baş qəhrəmanlar Luis Kerrollun bir çox personajını "həyata qaytarmışdılar". Hətda əjdaha ilə döyüş səhnəsi də var. O. Henrinin "Krallar və Kələm" (rus.) romanı adını "Morj və Dülgər" (rus.) haqqında şeirdən götürmüş və romanın müqəddiməsi isə "Dülgərin nağılı" adlanır. Con Rinqonun (rus.) "Kosmik köpüyün səyahəti"(ing.) adlı elmi-fantastik tetralogiyası "Alisa xəyal güzgüsündə" kitabının süjetinə və xüsusən də Əjdahayla döyüş şeirinə istinadlarla doludur. Məsələn, dörd romanın hər birinin adı şeirdən bir sətirdir.
Həmçinin Kerrollun ilk kitabı ilə əlaqəli olan çoxlu sayda istinadlar var.(rus.)
Həmçinin Kerrollun ilk kitabı ilə əlaqəli olan çoxlu sayda istinadlar var.(rus.)
"Pislik yuvası" qorxulu filmlər seriyasının ilk seriyasında Lyuis Kerrollun "Alisa"sına çox sayda bənzətmə var: baş qəhrəmanın adı Elis, daha dəqiq isə — Alisa; Boynunu vurmağı tələb edən Qırmızı Kraliça; virusun Ağ Dovşan üzərində sınanması; güzgüdən keçərək gizli laboratoriyaya girmək; Kraliçanın kompüterində şahmat lövhəsini göstərən məntiq inteqral sxem; Əslində kitabın özü filmin səhnələrindən birində nəzərə çarpır.
Alisa Güzgüarxasında [Mətn] /L. Keroll ; tərc. İ. Əhmədova ; rəssam C. Tenniel. Dünya uşaq ədəbiyyatı. Bakı.: Qanun. 2018. səh. 159.
Демурова Н. М. Льюис Кэрролл: Очерк жизни и творчества. (Литературоведение и языкознание) (50 000 nüs.). М.: Наука. Отв. ред.— Б. И. Пуришев. 1979. səh. 200.