. Love.az

Aliye Tahirova - Wikipedia - Love.az

Ana Səhifə - Aliye Tahirova
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.

Aliyə Əziz qızı Tahirova (5 avqust 1917, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – bilinmir) — Azərbaycan balerinası, pedaqoq, Bakı Xoreoqrafiya Məktəbinin direktoru (1947–1978), Azərbaycan SSR əməkdar artisti (1960).

Aliyə Tahirova
Doğum tarixi 5 avqust 1917(1917-08-05)
Doğum yeri
  • Aşqabad, Aşqabad qəzası[d], Zakaspiysk vilayəti, Rusiya Türkistanı general-qubernatorluğu, Rusiya imperiyası
Vəfat tarixi bilinmir
Fəaliyyəti balerina, pedaqoq
Fəaliyyət illəri 1934-cü ildən
Təhsili
  • Bakı Xoreoqrafiya Məktəbi (–1939),
  • Moskva Dövlət Xareoqrafiya Akademiyası[d]
Mükafatları Azərbaycan SSR əməkdar artisti — 1960

Həyatı

redaktə

Aliyə Əziz qızı Tahirova 5 avqust 1917-ci ildə Aşqabad şəhərində anadan olmuşdur. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Moskva Xoreoqrafiya Məktəbinin pedaqoji şöbəsində təhsilini davam etdirmişdir.[1]

Aliyə Tahirova yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Dram Teatrında balerina kimi başlamış və 1934–1937-ci illərdə burada işləmişdir. Daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında kordebaletdə çalışmış, balet tamaşalarında solo rəqslər ifa etmişdir.[1]

1942-ci ildə Aliyə Tahirova pedaqoji fəaliyyətə başlamış və 1945–1947-ci illərdə Bakı Xoreoqrafiya Məktəbinin bölmə rəhbəri, 1947–1978-ci illərdə isə məktəbin direktoru vəzifələrində işləmişdir. 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.[1]

Aliyə Tahirova 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüşdür.[⇨]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Таирова Аля Азизовна // Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред. Ю. Н. Григорович. 1981. ст. 500.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aliyə_Tahirova&oldid=6798664"
LOVE.AZ