Aliyə Bahəddin Tukan (ərəb. علياء بهاء الدين طوقان; 25 dekabr 1948, Qahirə – 9 fevral 1977, Amman) — İordaniya kralı I Hüseynin üçüncü xanımı, IV İordaniya kraliçası.[1]
Aliyə Tukan | |
---|---|
ərəb. علياء بهاء الدين طوقان | |
![]() | |
24 dekabr 1972 – 9 fevral 1977 | |
Əvvəlki | Muna əl-Hüseyn |
Sonrakı | Nur əl-Hüseyn |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1948(1948-12-25) |
Doğum yeri | |
Vəfat tarixi | 9 fevral 1977(1977-02-09) (28 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | aviasiya qəzası[d] |
Təhsili |
|
Fəaliyyəti | royal consort[d] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Dini | Əhlis-Sünnə |
Təltifləri |
![]() |
![]() |
1948-ci ildə Qahirədə doğuldu. Atası diplomat Bahəddin Tukan, anası isə Hanan Haşimdir. Atası vaxtilə İordaniya kralı I Abdullahın yaxın sirdaşlarından biri idi və 1952-ci il konstitusiyasının hazırlanmasında yaxından iştirak etmişdi. Hətta bir müddət İordaniyanın Birləşmiş Millətlər Təşkilatındakı ilk nümayəndəsi kimi də fəaliyyət göstərmişdi.
Atasının vəzifəsi səbəbilə tez--tez səyahət edən Aliyənin uşaqlıq illəri Misir, Türkiyə, London, ABŞ və Romada keçdi.[2] İlk təhsilini Londonda alan Aliyə 1971-ci ildə Ammana köçdü və burada İordaniya Kral Hava Yollarında çalışmağa başladı. Bu vəzifədə ikən kral I Hüseynlə tanış oldu və kralın boşanmasından 3 gün sonra sarayda keçirilən qapalı bir məclisdə onunla 24 dekabr 1972-ci ildə evləndi. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi və 1976-cı ildə fələstinli bir qız uşağını övladlığa götürdülər.
Onun səyləri nəticəsində, 4 aprel 1974-cü ildə çıxarılan qanunla qadınlara səsvermə və parlamentdə seçilmə hüququ verildi. Ancaq 1974-1989-cu illərdə İordaniyada parlament seçkiləri keçirilmədiyi üçün bu qanun qüvvəyə minmədi. 9 aprel 1977-ci ildə Amman hava məkanında baş verən helikopter qəzasında həlak oldu.[3] Ölkənin cənubundakı xəstəxanaları təftişə yollanan Aliyə Tukanla birlikdə Səhiyyə naziri Məhəmməd əl-Bəşir və polkovnik-leytenant Məhəmməd Əlxas da bu qəzada vəfat etdi.[4][5]