. Love.az

Allar Magarasi - Wikipedia - Love.az

Ana Səhifə - Allar Magarasi

Allar mağarası — mağara insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri olmuşdur. Mağara Yardımlı rayonunun Allar kəndində Viləş çayın sol sahilindədir. Allar mağarası 1500 metr yüksəklikdə yerləşir.

Allar mağarası
Xəritə
38°47′53″ şm. e. 48°14′13″ ş. u.HGYO
Ümumi məlumatlar
Kəşf tarixi 1993
Dövrü Paleolit
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Yardımlı rayonu
Kənd Allar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mağara 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil edilən və A. Q. Cəfərovun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Araşdırmalar nəticəsində mağaradan 9 daş əmək aləti tapılmışdır. Texniki və tipoloji baxımından alətlər orta paleolit dövrünə aiddir.

Mənbə

redaktə
  • Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası. Daş dövrü (6). — Bakı: Şərq-Qərb, 2008. — Т. 1. — 448 s. — ISBN 979-9952-448-38-2.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Allar_mağarası&oldid=8148147"
LOVE.AZ